Ceyhun Osmanlı

Ceyhun Yunis oğlu Osmanlı (30 yanvar 1982, Bakı) — ictimai-siyasi xadim, tədqiqatçı və analitik, Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı, "İrəli" İctimai Birliyinin təsisçisi və ilk sədri (2008–2012), Azərbaycan Yaşıllar Hərəkatınının sədri, TLM – Təşəbbüslər və Layihələr Mərkəzinin təsisçisi və direktoru.

Ceyhun Osmanlı
7 noyabr 2010 – 1 noyabr 2015
Seçki dairəsi2010 — 63 saylı Sabirabad birinci
ƏvvəlkiPənah Hüseyn
SonrakıElçin Quliyev
24 dekabr 2008 – 5 may 2012
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıRauf Mərdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 30 yanvar 1982(1982-01-30) (42 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti ictimai xadim, tədqiqatçı, analitik[d]
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad üzrə fəlsəfə doktoru[d]
Elmi adı
ceyhunosmanli.az

Ceyhun Osmanlı 30 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989–1999-cu illərdə Bakıda orta təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 2003-cü ildə politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.[1]

Ceyhun Osmanlı 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura pilləsinə daxil olmuş və 2015-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dosentdir.

2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" proqramının, 2008-ci ildə Harvard Universitetinin "Liderlər inkişafda" proqramının, 2018-ci ildə İsveçin KTH Kral Texnologiya İnstitutunun "Milli və institutsional səviyyədə keyfiyyətin təminatı" proqramının, Litvanın EKT – İqtisadi Konsaltinq və Tədqiqat Mərkəzinin "Ali təhsil müəssisələrində keyfiyyətin təminatı sisteminin inkişafı" proqramının, 2019-cu ildə Böyük Britaniyanın "EduCare Learning Ltd."-nin "Gənclərin qorunması" proqramının, Böyük Britaniyanın Midlseks Universitetinin "Keyfiyyətin təminatı sistemlərinin yaradılması və inkişafı" proqramının iştirakçısı olmuşdur. 2019-cu ildə İsveçrənin Montrö Biznes Məktəbinin fəxri professoru adına layiq görülmüşdür. 2012-ci ilin aprel ayından Texasın fəxri vətəndaşıdır.[1]

Azərbaycan, rus, ingilistürk dillərini bilir. Üç övladı var.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Universitet illərindən ictimai fəaliyyətə başlayan Ceyhun Osmanlı 1999-cu ildə "Azərbaycan Könüllüləri" İctimai Birliyini təsis etmişdir. 2000-ci ilin sentyabr ayından 2006-cı ilin iyun ayınadək həmin ictimai birliyin prezidenti olmuşdur. "Azərbaycan Könüllüləri" İctimai Birliyi 2005-ci ildə Avropa Şurasının Baş katibi Terri Devis tərəfindən Avropada ən yaxşı birliklərdən biri kimi xüsusi sertifikata layiq görülmüşdür.

Ceyhun Osmanlı 2002-ci ilin noyabr ayında Avropa Şurası Gənclər Məsələləri üzrə Məsləhət Şurası və Proqram Komitəsinin üzvlüyünə seçilmiş və 2005-ci noyabrınadək mərkəzi Strasburqda yerləşən bu qurumda fəaliyyət göstərmişdir. Bu illər ərzində Ceyhun Osmanlı Avropa Gənclər Fondunun qərarlarının qəbulunda iştirak etmiş, müxtəlif ölkələrdə qurumun fəaliyyətilə bağlı mühazirələrlə çıxış etmişdir.

2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının baş katibi, 2006–2009-cu illərdə isə Qafqazda ilk Gənclər Parlamenti olan Azərbaycan Gənclər Parlamentinin sədri olmuşdur.[2]

Ceyhun Osmanlı 2005-ci ildə "İrəli" gənclər hərəkatının həmtəsisçilərindən biri olmuşdur. 2008-ci ildə bu hərəkat ictimai birliyə çevrildikdə onun sədri seçilmiş və 2012-ci ilin may ayınadək bu ictimai birliyə rəhbərlik etmişdir.

2008-ci ildə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkili olmuşdur.[1] 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilmişdir.[3]

2010-cu ildə 63 saylı Sabirabad birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Estoniya, İordaniya, Latviya, Meksika parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.[3]

Ceyhun Osmanlı 2010–2015-ci illərdə "Euronest" Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. Dünya BankıBeynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilmişdir.[4]

Ceyhun Osmanlı 2017–2019-cu illərdə Odlar Yurdu Universitetinin prorektoru, 2018–2019-cu illərdə isə "Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması" layihəsinin iştirakçısı və "British School in Baku"-nun idarə heyətinin üzvü olmuşdur. 2019-cu ilin dekabr ayında Azərbaycan Yaşıllar Hərəkatını (Azerbaijan Green Movement) təsis etmişdir.[5] TLM – Təşəbbüslər və Layihələr Mərkəzinin təsisçisi və direktorudur.[6]

  1. 1 2 3 "Ceyhun Osmanlı — Bioqrafiya". ceyhunosmanli.az. 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  2. "Ceyhun Osmanli, Azerbaijan". The Parliamentary Network. 2013-10-17. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fev 2023.
  3. 1 2 "Osmanlı Ceyhun Yunis oğlu". meclis.gov.az. 2022-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  4. "Azərbaycanlı deputat Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Parlament Şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib". Trend. 2013-05-25. 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
  5. "Ceyhun Osmanlı Azərbaycan Yaşıllar Hərəkatı yaradır". modern.az. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  6. "Father's Will: Resolution of the Karabakh conflict as a Policy Priority of National Leader Heydar Aliyev". Trend (ingilis). 2023-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]