"Kür" Olimpiya Tədris-İdman Mərkəzi — Azərbaycanın Mingəçevir şəhərində, Kür çayı üzərində yerləşən avarçəkmə bazası.
"Kür" Olimpiya Tədris-İdman Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Koordinatlar | 40°45′39″ şm. e. 47°02′22″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumittifaq əhəmiyyətli Kür Olimpiya Avarçəkmə Təlim Mərkəzi 1964-cü ildə yaradılmışdır.[1] Avarçəkmə bazası idman kompleksinin memarı Tələt Xanlarov idi.[2]
2004-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Mingəçevirə səfəri zamanı keçmiş "Kür" avarçəkmə bazasında olub və onun yenidən qurulması ilə bağlı tapşırıqlar verib. Baza üçün layihə-smeta sənədləri hazırlandıqdan sonra 2007-ci ildə tikinti işlərinə başlanılıb.
2010-cu ilin oktyabrında prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə yenidən qurulan mərkəzin açılışı olub.[3]
Kompleksdə inzibati bina, üzgüçülük hovuzu, 250 çarpayılıq altı mərtəbəli gəmi formalı otel, idman zalı, avarçəkmə klubu, kotteclər, tennis kortu, qayıqların saxlanması üçün anqar və hakim qülləsi var.[3]
Mərkəzə təlim-məşq toplanışı, təsnifat və digər yarışlar üçün hər il SSRİ və müttəfiq respublikalardan avarçəkənlər gəlirdilər.[1] 2007-ci ildən etibarən bazanın yardımçı hissəsində avarçəkmə üzrə beynəlxalq "Prezident Kuboku" reqatası keçirilir.[3] 2023 və 2024-cü illərdə kubok Avropa Kanoe Assosiasiyasının rəsmi təqviminə daxil edilib.[4]
Mərkəzdə 2015 Avropa Oyunları çərçivəsində kayak və kanoe yarışları da keçirilib.[5]