Çürüksulu Mahmud Paşa

Çürüksulu Mahmud Paşa (1865 - 31 Temmuz 1931) — Gürcü əsilli Osmanlı əsgəri və dövlət adamı.[1].

Çürüksulu Mahmud Paşa
türk. Çürüksulu Mahmud Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Kobuleti, Acarıstan Muxtar Respublikası
Vəfat tarixi
Vəfat yeri Ankara, Osmanlı İmperiyası
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Xidmət illəri 1885-1918
Rütbəsi General
Döyüşlər Balkan müharibələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Acarıstan Muxtar Respublikasının Kobuleti rayonunda anadan olmuşdur. 1909-cü ildə Osmanlı ordusunun Alman Qərargahınının nəzarətində olan hissəsinin modernləşdirilməsində iştirak etdi. Balkan müharibələri başladığı bir vaxtda general-leytenant dərəcəsinə yüksəldi. 1913-cü ildə yaradılan Səid Həlim Paşanın rəhbərlik etdiyi İttihad və Tərəqqi hökumətində Daxili İşlər Naziri təyin edildi.[1]

1914-cü ildə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsinə daxil olmasına qarşı çıxdı. Mahmud Paşa hesab edirdi ki, Osmanlı İmperiyası müharibədə iştirak etmək üçün kifayət qədər hazırlıqlı deyil.[1] İttihad və Tərəqqi komitəsindən müstəqil dövlət adamı kmi tanınmağa başladı. Talat Paşanın rəhbərlik etdiyi vaxtlarda Dəniz Donanmasının naziri oldu.

1918-ci ildə Osmanlı İmperiyası Məclisinin üzvü təyin edildi. Birinci Dünya müharibəsindən sonra sülh hazırlığı komissiyanı idarə etdi. Komissiyaya rəhbərlik etdiyi vaxtlarda ermənilərin deportasiya edilməsini insanlığa qarşı cinayət kimi qiymətləndirdi. Mustafa Kamal Atatürk onun ermənilərlə barışmaq haqqında bildirdiyi fikirləri tənqid etdi.[2].

1920-ci ilin 22 martında ingilis işğalçıları tərəfinfən “İttihadçı” kimi tanınan digər siyasi partiya üzvləri ilə birlikdə Maltaya sürgün edildi. 1921-ci ildə sürgündən azad edildi və İstanbula geri döndü. 31 iyul 1931-ci ildə vəfat etmişdir.[1]

  1. 1 2 3 4 "Çürüksulu Mahmud Pasha Tavgiridze". The Platform of Georgians in Turkey (TurkGurcu.com). 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 Oktyabr 2018.
  2. Atatürk, Kemal. "Public Speeches, Nutuk (1919 - 1927)". Ataturk Research Center. April 5, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 6, 2012.