Tünd rəngli sovka (lat. Mania maura ) — pulcuqqanadlılar dəstəsinin nəsli kəsilmək üzrə olan növü.
Tünd rəngli sovka | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: ???: Tünd rəngli sovka |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qanadları açılmış halda 60-65 mm-dir. Ön qanadların rəngi qəhvəyi-qaradır, qırmızımtıl rəngə çalır, eninə uzanan və dalğaşəkilli zolaq qonuru-bozdur, dairəvi və böyrəkşəkilli naxışın ortası boz olub, sarımtıl-boz rənglə haşiyələnmişdir.[1]. Dalğaşəkilli zolaq kəskin surətdə dişlidir, ön kənarında qara pazşəkilli ləkələr, xarici küncündə isə açıq ləkələr vardır. Arxa qanadlar qəhvəyi-qara, üzərindəki eninə zolaq isə çox enli və tünd qəhvəyidir.
Mərkəzi və Cənubi Avropa, Cənubi Rusiya, Kiçik Asiya, Qərbi Türkmənistan, Cənubi Ukrayna, Gürcüstanda yayılmışdır. Azərbaycanda isə yalnız Kiçik Qafqazın dağətəyi meşələrində rast gəlinir. Son dərəcə azdır, cəmi 1 kəpənəyi tutulmuşdur.
Dağətəyi və dağ meşələrində yaşayır. Kəpənəyi iyunun axırlarında, iyulda, avqustdan oktyabra qədər uçur. Gündüzlər bəzən mağaralarda gizlənir. Tırtılı apreldə, may və iyunda söyüd, qızılağac, fındıq, yemişanla, ot bitkilərindən – südləyən, gicitkən və turşənglə qidalanır.
Yaşadığı biotopların əkin üçün istifadə olunması, meşələrin qırılması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması məhdudlaşdırıcı amillərdəndir.
Yaşadığı ərazilərdə yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək qorunması üçün məsləhət görülən tədbirlərdəndir.