Çan Van Hıonq (vyet. Trần Văn Hương, tı-nom 陳文香)[1] (1902, Vinlonq[d] – 27 yanvar 1982, Hoşimin) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və siyasi lideri, Vyetnam Respublikasının prezidenti və baş naziri.
Çan Van Hıonq | |
---|---|
vyet. Trần Văn Hương | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1902 |
Doğum yeri | |
Vəfat tarixi | 27 yanvar 1982 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | buddizm |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İki dəfə Sayqonun meri seçilmişdir. 1960-cı ildə Nqo Din Zyemin prezidentliyi dövründə dövlət başçısını tənqid edən Karavel Manifestini imzaladığına görə həbs olunmuşdur. Bununla belə, o, prezident Nqonun öldürülməsi nəticəsində çevrilişin iştirakçılarını da tənqid edərək, bunu həyata keçirən generalların heç bir istedadı, mənəvi keyfiyyətləri və siyasi dəstəyi olmadığını qeyd etmişdir.[2][3]
1965-ci ildə ABŞ-nin təzyiqi ilə prezident Nquyen Khan Ali Milli Şuranı çağırmış, burada Hıonq Vyetnam Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilmişdir. Bu zaman Sayqon və Vaşinqton Şimali Vyetnama qarşı genişmiqyaslı bombardman kampaniyası planlaşdırırdılar, lakin bu, cənubda sabitlik tələb edirdi. 1965-ci ilin yanvarında hökumət hərbi xidmətə çağırış müddətini uzatmış və bu, tələbələr və buddistlər arasında kütləvi etirazlara səbəb olmuşdu. Nəticədə hökumət könüllü olaraq istefa vermiş və hakimiyyəti Fan Hui Kuatın başçılıq etdiyi kabinetə vermişdir. O, 1967-ci il prezident seçkilərində 10% səs toplamışdır.[2][3]