Nquyen Khan 8 noyabr 1927-ci ildə Fransa Hind-Çininin Çavin vilayətində varlı ailədə anadan olmuşdur. O, Sayqonda elit fransız məktəbində oxumuşdur. Nquyen Khan gəncliyində Fransa müstəmləkəçilərinə qarşı mübarizə aparan kommunist hərəkatına qoşulmuş, lakin 15 aydan sonra Ho Şi Minin tərəfdarları sıralarını tərk etmişdir. Buna müxtəlif səbəblər ortaya atılmışdır. İddialara görə, o, Fransanın təklif etdiyi məbləğə görə tərəf dəyişdirmişdi, lakin özü qeyd etmişdir ki, bunda səbəb özünün kommunist yox, milliyətçi olması idi.
1960-cı ildə dövlət çevrilişinə cəhddən sonra tutduğu mübahisəli vəzifəyə görə rütbəsi aşağı salınaraq korpus rəisi vəzifəsinə təyin edilmişdir. 1963-cü ildə general Zıonq Van Minin başçılıq etdiyi hərbi çevrilişdə iştirak etdi. O, buna baxmayaraq, bundan siyasi divident götürməmişdir. Bu arada ölkədə hərbi siyasi rəhbərliklə mülki hökumət arasında ziddiyyətlər getdikcə artırdı. 1964-cü ildə qansız çevriliş etmiş və dövlətin başında dayanmışdır. Kütləvi etiraz ictimai hərəkatının təsiri altında o, hakimiyyəti mülki şəxslərə ötürmək məcburiyyətində qalmışdır.
1965-ci ilin fevralında Nquyen Van Thiyeu və Nquyen Kao Ki-nin başçılıq etdiyi hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılm;.d;r. O, xüsusi tapşırıqlar üzrə səfir təyin edilmi.dir, 1977-ci ildən Cənubi Vyetnamın süqutundan sonra ABŞ-də yaşamışdır. 2005-ci ilin yanvarında ABŞ-də antikommunist təşkilat olan Azad Vyetnam Hökumətinin dövlət başçısı təyin edilmişdir. O, 2013-cü ildə KaliforniyanınSan-Xose şəhərində 85 yaşında vəfat etmişdir.[2][3]
Jacobs, Seth. Cold War Mandarin: Ngo Dinh Diem and the Origins of America's War in Vietnam, 1950–1963. Lanham, Maryland: Rowman & Littlefield. 2006. ISBN0-7425-4447-8.
Logevall, Fredrik. The French recognition of China and its implications for the Vietnam War // Roberts, Priscilla (redaktor ). Behind the bamboo curtain : China, Vietnam, and the world beyond Asia. Stanford, California: Stanford University Press. 2006. ISBN0-8047-5502-7.