Çanaqlı yastıcalar (lat. Coccinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinə aid olan fəsilə.
Çanaqlı yastıcalar | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Koksidlər yastıcıları və çanaqlı yastıcaları, o sıradan, yalançı yastıcaları və uzunsov çanaqlı yastıqçaları birləşdirir. Koksidlər çox xırda ölçülü (0,5 mm-3mm), az hərəkətli və hərəkətsiz həşəratlar olub, aydın şəkildə cinsi demorfizmə malikdir. Dişi fərdlər, sürfələr və erkək fərdlərin pronimfalarının bədəni çanaqla örtülü olur. Çanaq bədənin üstünü ortür, lakin bədənə birləşmir. Uzunluğu 1-12 mm-dir. Kəskin cinsi dimorfizm səciyyəvidir. Dişilər qanadsız, bir çox çanaqlı yastıca hərəkətsiz, mumabənzər qalxancığın mühafizəsi altındadır. Bədəni baş, döş və qarıncığa bölünməmişdir. Örtükləri mumdan və ya çox möhkəm, məsələn, laklıdır. Ağız aparatı sorucu olub, bədənin qarıncıq tərəfinə doğru yerini dəyişmişdir. Çox vaxt ağac qabığındakı artımları xatırladır. Erkəklərin bir cüt qanadı var: arxa qanadlar qarmaqlı qıllara çevrilmiş və ya yoxdur; ağız aparatı reduksiyaya uğramışdır. Yaşlı fərdlər qidalanmır. Qarıncığın qurtaracağında iki və ya bir neçə quyruq sapı vardır.
Yastıcalar və çanaqlı yastıcalar az hərəkətlidir, məsələn, çanaqlı yastıcaların sürfələri yumurtadan çıxdıqdan sonra bir müddət bitki üzərində gəzərək qidalanma üçün əlverişli yer axtarır. Bu zaman onları "avara" adlandırırlar. Elə ki, bu avaralar substrata yapışırlar, qətiyyən hərəkət etmirlər və həyatlarının sonuna qədər öz yerlərini dəyişmirlər. Bir çox yalançı yastıcalar və bir sıra başqa çanaqlı yastıcalar bitkiyə ilkin bərkimədən sonra çox qısa məsafələrə hərəkət edirlər. Erkək koksidlərdə yerdəyişmə və uçuş çox məhduddur.
Koksidlər yer kürəsində çox geniş yayılmışlar. Dünyada 3600 növü məlumdur, onlardan MDB-də 500, Azərbaycanda 158 növ yaşayır.Ziyanlı koksid növlərinin əksəriyyəti MDB-nin Avropa hissəsinin cənubunda, Zaqafqaziyada, Qazaxıstanda, Orta Asiyada, Primorsk ölkəsində yayılmışdır. Azərbaycanın bütün meyvə bağlarında çanaqlı yastıcalara rast gəlmək olur.
Zaqafqaziyada ziyanlı koksidlərin növ tərkibi xeyli artaraq bu cücünün MDB-nin Avropa hissəsindəki növ tərkibini üstələyir. Burada çəyirdəkli və toxumlu meyvələri, hər şeydən öncə, almanı bənövşəyi çanaqlı yastıca güclü zədələyir. Azərbaycanın subtropik zonasında son illər nəcib dəfnə və feyxoa Yapon mumlu çanaqlı yastıcalar çanaqlı yastıcası tərəfindən şiddətli ziyan çəkir. Elə buradaca uzunsov çanaqlı yastıca çay kollarına, yumşaq yalançı çanaqlı yastıca isə sitrus bitkilərinə zərər vurur. Quba-Xaçmaz və Şəki-Zaqatala zonalarının məhsul massivində Kaliforniya və bənövşəyi çanaqlı yastıcalar məhsuldarlığa daim böyük ziyan vurur. Akasiya yalançı çanaqlı yastıcası çanaqlı yastıcalar isə Zaqatala rayonunun təsərrüfatlarında fındığın məhsuldarlığını xeyli aşağı salır. Naxçıvan MR-da şaftalı ağaclarını mehri kürəvi yalançı çanaqlı yastıcası qurudur. Respublikada tut ağacları Pseudococcus comstocki-dan, eləcə də şaftalı yalançı çanaqlı yastıcalısından güclü ziyan görür. Azərbaycanın bir çox rayonlarında, o sıradan Bakı şəhərində böyük sərv ağaclarını Qafqaz sərv çanaqlı yastıcalısı başdan-ayağa qurudur. Erika bitkilərini – erika çanaqlı yastıcalısı, qarağac bitkisini isə qarağac keçəçisi eyni cür qurudur. Azərbaycanın bir çox üzümçülük təsərrüfatlarına üzüm unlu yastıcası böyük zərər vurur. Bütün Azərbaycanda qızılgül çanaqlı yastıcalısı qızılgülə və böyürtkənə ziyan vurur. Azərbaycanın bir çox rayonlarında Xəzər qlediçiyası və göyrüş kimi endemik bitkilər bənövşəyi çanaqlı yastıcalıdan zərər görür. Respublikanın nəcib dəfnə, zeytun və başqa dekorativ park əkmələrinə oleandr çanaqlı yastıcalısı daim güclü zərər vurur.Bundan başqa, koksidlər hər yerdə oranjereya və otaq bitkilərinə güclü ziyan vururlar. Meyvə bağlarında bir çox çanaqlı yastıca növlərinə təsadüf edilir. Bunlardan ən çox yayılanı bənövşəyi, vergülşəkilli və Diaspidiotus perniciosus-dir. Verdiyi zərər və yayılması cəhətdən Diaspidiotus perniciosus daha mühüm yer tutur. Onun bədəni sarı rəngdə olub, üzəri dəyirmi çanaqla örtülüdür, 150-dən artıq bitki növünə zərər verir. Həmin zərərverici meyvə və bəzək bitkilərinin budaqları, yarpaqları və meyvələri üzərində toplanıb, onların şirəsini sorur, nəticədə zədələnmiş budaqlar quruyur, yarpaqlar tökülür. Lənkəran bölgəsində il ərzində iki nəsil verir.