Çarne (pol. Jezioro Czarne, alm. Schwarzer See[1]) — Polşanın şimal-qərbində göl. Göl Draven Milli Parkının ərazisində yerləşir.
Çarne gölü | |
---|---|
pol. Jezioro Czarne, alm. Schwarzer See | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 53,4 m |
Eni | 0,3 km |
Uzunluğu | 0,8 km |
Sahil uzunluğu | 1,9 km |
Sahəsi | 0,191 km² |
Su tutumu | 0,0021377 km² |
Dərin yeri | 26,5 m |
Orta dərinliyi | 11,2 m |
Yerləşməsi | |
53°03′39″ şm. e. 15°57′56″ ş. u. | |
Ölkə | Polşa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Göl dəniz səviyyəsindən 53,4 metr yüksəklikdə yerləşir. Uzunluğu 800 m, eni isə 300 m-dir. Çarne gölünün sahəsi 0,191 km², su tutumu 0,0021377 km³-dir. Ümumi sahil xəttinin uzunluğu — 1,9 km-dir. Orta dərinlik — 11, 2 m, dərin yeri — 26,5 m-dir.[2]
Çarne gölü təxminən 1000 il əvvəl buzlağın əriməsi nəticəsində meydana gəlmişdir. Göl sahili dik olub sıx meşə ilə örtülüdür. Çarne gölü Polşanın üç meromiktik gölündən biridir. Məhz Çarne gölündə də üst qatda olan su kütləsi ilə alt qatda olan su kütləsi arasında sirkulyasiya getmir. Göl suyunun şəffaflıq göstəricisi 7 metrdir. 13 metr dərinlikdən sonra artıq oksigen yoxdur. O üzdən bu dərinlikdən sonra suda ancaq anaerob bakteriyalara rast gəlinir. Daha çox Desulfovibrio desulfuricans bakteriyaları üstünlük təşkil edir. Bu bakteriyaların həyat fəaliyyəti nəticəsində suya hidrogen-sulfid qazı ayrılır. Kükürd bakteriyalarından isə Chromatium okenii təsadüf olunur.
Göl suyunun 13 metr dərinliyə kimi hissəsi mezotrof hesab olunur. Yaz və payız aylarında üst qatda həll olunmuş oksigenin göstəricisi 27 % olur. O üzdən yuxarı qatlarda makrofitlər üstünlük təşkil edir. Göl suyunda həmçinin nadir və ölkənin Qırmızı Kitabına düşmüş bitkilər var: Nájas marína, Zannichellia palustris, Cládium maríscus, Xara yosunları.
Balıqlardan daha çox çapaq, çay xanısı, adi külmə, durna, qızılüzgəcə rast gəlinir.[3]
Çarne gölü axarsı hesab olunsa da, cənub hissəsindən, karst mənşəli süxurlardan kiçik su axını çıxır.