Filmin qəhrəmanları ulu babalarının açdıqları cığırlarla, saldıqları izlərlə gedərək yollar çəkən xeyirxah peşə sahibləri-inşaatçılardır. Filmin əsas ideyası kəndimizin keçmişini, onun ab-havasını ekranda canlandırmaq, illərin sınağından məharətlə çıxan, uzaq-uzaq əsrlərdən xəbər verən zəngin tarixi abidələrimizi üzə çıxarmaq, onları qorumaq, mühafizə etməkdir.
Çarvadarların izi ilə | |
---|---|
Fayl:Çarvadarların izi ilə (film, 1974).jpg | |
Janr | dram |
Rejissor | Tofiq İsmayılov |
Əsərin müəllifi | İlyas Əfəndiyev |
Ssenari müəllifi | Əli Qafarov |
Baş rollarda |
Şəfiqə Məmmədova — Səriyyə Muxtar Maniyev — Həsən Həsənağa Turabov — Adil Məmmədrza Şeyxzamanov — Əli kişi Leyla Bədirbəyli — Məfruzə Sadıq Hüseynov — Mahmud kişi Səməndər Rzayev — Səməndər Əbdül Mahmudov — Qərib Sədaqət Dadaşova — Əminə Vəfa İsmayılova — Mələknisə |
Operator | Valeri Kərimov |
Bəstəkar | Nazim Əliverdibəyov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 30 iyul 1974 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 82 dəq. |
Ölkə | SSRİ |
Dil | Azərbaycan dili |
İl | 1974 |
Texniki məlumatlar |
8 hissə 2235 metr 35 mm |
Rəng | rəngli |
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Kinopovest dramaturq İlyas Əfəndiyevin "Körpüsalanlar" povestinin motivləri üzrə çəkilmişdir.
Lahıcda maşın yolu olmadığı üçün minik vasitəsi olaraq atdan istifadə olunur. Atı idarə edənlərə də çarvadar deyilir. Filmin adı da elə buradan gəlib.