Çaundur

Çaundur - öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür.

Çaundur
Ölkə
Keçdiyi ərazilər Ermənistan Ermənistan
Mənsəbi Araz
Uzunluğu 113 km
Hövzəsinin sahəsi 2570 km²

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Çaundur Oxçu dərəsiSüsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza tökülür. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçərkən isə Mədən çay adlanır. Böyük qolları Gığı çay və Əcənan çaydır. Hal- hazırda Oxçu çayı olduqca artıq çirklənmişdir.

Qafan mis zavodlarının bütün çirkab suları, ağır metallar və ola bilsin ki, radioaktiv maddələr ermənilər tərəfindən bilərəkdən (Araz hövzəsini çirkləndirmək məqsədilə) Çaundur çaya axıdılır.

Sözün mənası

[redaktə | mənbəni redaktə et]

Çaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrdən başlayaraq, məskunlaşan Çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır.[1]

  1. "Musa Urud, Zəngəzur // Prezident kitabxanasl" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-01-12.