Azərbaycan çayları

Kür çayı hövzəsi Azərbaycan Respublikası ərazisinin böyük əksəriyyətini təşkil edir
Kür
Tərtərçay
Araz
Girdimançay
Əlincəçay
Oxçuçay
Kürmükçay
Katexçay
Həkəri

Azərbaycan çaylarıAzərbaycan Respublikası ərazisindən axan çaylar.

Azərbaycan çaylarını aşağıdakı 3 əsas qrupa bölmək olar:

  • Azərbaycanın Kür hövzəsinə aid olan mərkəzi və qərb çayları;
  • Azərbaycanın bilavasitə orta Xəzərə axan şimali-şərq çayları;
  • Bilavasitə Xəzər dənizinin cənubuna axan cənubi-şərq çayları.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi vardır ki, onların bütövlükdə ümumi uzunluğu 33665 km. təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85600 km² qəbul edilir. Çayların 7550-sinin uzunluğu 5 km-dən az olan çaylardır. Qalan 800 çaydan yalnız 65-nin uzunluğu 50 km-ə qədər, 735-nin uzunluğu isə 6 km ilə 50 km arasında dəyişir.

Azərbaycan ərazisindən axan ən iri çaylar KürAraz çaylar

Dağ çayları öz mənbəyini dəniz səviyyəsindən 2000–3500 m. hündürlükdə olan dağlardan götürür, öz axarlarında çay pillələri və şəlalələr əmələ gətirir, dərin dərələrlə axır və düzənliklərə çıxdıqda güclü yarğanlar əmələ gətirərək çoxlu qollara ayrılırlar. Onlardan bəziləri tez-tez öz axarlarını dəyişir, digərləri isə yerin altı ilə sızaraq itir, yaxud kiçik bataqlıqlar əmələ gətirirlər.

Düzənlik çayları

[redaktə | mənbəni redaktə et]

Düzənlik çayları başlıca olaraq maili düzənliklərdə, geniş Kür-Araz ovlaqlarında, dərə və vadilərdə yerləşir. Axınları əyri-üyrü və sakit olan bu çaylar öz məcralarını asanlıqla yuyaraq yataqlarını lilləndirirlər. Onların suyu kənar qatışıqlarla bir o qədər də zəngin deyil və hamısının mənsəbi vardır. Lakin Kür çayı ətrafı depressiyanın və dənizyanı qum təpələrinin yaranması nəticəsində bu çayların bir qismi kor arteriyaya çevrilir və mənsəbləri itir. Dayaz çayların qidalanması əsasən dağ çayları, bulaq və yerüstü suların hesabına həyata keçir. Dayaz çayların sonuncu növünü adətən qara su (sularının hədsiz minerallaşması nəticəsi olaraq) adlandırırlar ki, onların mövcud olması da, dağ çayları arteriyaları ilə olduqca bağlıdır.

Coğrafi yerləşməsinə görə çayların təsnifatı

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın şimal-şərq yamacının çayları

[redaktə | mənbəni redaktə et]

Samur, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Gilgilçay, Şabrançay, Ataçay

Abşeron-Qobustanın çayları

[redaktə | mənbəni redaktə et]

Pirsaatçay, Ceyrankeçməz, Sumqayıqçay, SitalçAy

Talış dağlarından axan çaylar
[redaktə | mənbəni redaktə et]

Bolqarçay, Viləşçay, Lənkərançay, Təngərud

Kür hövzəsinin çayları
[redaktə | mənbəni redaktə et]

Qanıx çayı , Balakən çay , Əyri çay , Daşagil çay , Araz çayı.

Azərbaycan çaylarının siyahısı

[redaktə | mənbəni redaktə et]

1000 km-dən yuxarı

[redaktə | mənbəni redaktə et]