Çerliqool Kuular (10 dekabr 1940, SSRİ) — tuvalı yazıçı, şair, nasir, tərcüməçi, teatr yazıçısı.[1] Tuva ədəbiyyatının qurucularından biridir.[2] 1940-cı ilin 10 dekabrında Tuvanın Çöön-Hemçik bölgəsi Horumdağ qəsəbəsinin Şemi-Aksı kəndində anadan olmuşdur. Soyadı olan Kuular azərbaycancaya Qular deyə tərcümə edilir.
Çerliqool Kuular | |
---|---|
Куулар, Черлиг-оол Чашкынмаевич | |
Doğum tarixi | 10 dekabr 1940 (83 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | tərcüməçi, şair, yazıçı, nasir, folklorşünas, ədəbiyyat tənqidçisi |
Yazıçılığa 1960-cı ildə başlamışdır. Sovet İttifaqının üzvüdür. Tuva Respublikasının məşhur yazıçısıdır. Tuva Respublikasının mədəniyyət, kino və turizm nazirliyinin "S. A. Sarıq-ool mükafatı"na layiq görülmüşdür. Əsərləri rusca, ukraynca, monqolca, altayca, xakasca, saxaca və başqa dillərə də tərcümə edilmişdir. Tuva türkcəsinə bir çox rus və qərbli yazıçının əsərlərini tərcümə etmişdir.[3] Tuvalıların adətləri və ləhcələri ilə əlaqəli elmi əsərlər yazmışdır.[4]