Moldurqa Salçak (tıva Молдурга Бүрүшкeкович Салчак; 12 dekabr 1936, Barun-Kemçik rayonu[d] – 9 yanvar 2012 və ya 2012, Kızıl) — tıva türklərini məşhur yazıçısı, şairi, Tuva Muxtar Sovet Sosialist Respublikası mədəniyyətinin tanınmış şəxsi.[1] O, Tıva Respublikasının Yazıçılar Birliyinin üzvü olmuşdur.[2]
Moldurqa Salçak | |
---|---|
Молдурга Бүрүшкeкович Салчак | |
Doğum tarixi | 12 dekabr 1936 |
Doğum yeri |
|
Vəfat tarixi | 9 yanvar 2012 (75 yaşında) və ya 2012 |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | Tıva dili |
Moldurqa Salçak 1936-cı ilin 12 dekabrında Tıva Arat Respublikasının Barıın-Hemçik bölgəsiin Möngün Tayqa adlanan yerinin Mugur qəsəbəsində anadan olmuşdur. Mugur-Aksi və Qızılda təhsilinin iki pilləsini bitirmiş və Qızıl Müəllim məktəbini və Dövlət Müəllim İnistitutunda təhsil almışdır. 1957–1960-cı illərdə Tuva Muxtar Oblastındakı adminstrativ bölgə olan Bay-Tayqa bölgəsinin Şuy kəndində, 1960–1994-cü illərdə Mugur-Aksi orta məktəbində Tuva türkcəsi dili, ədəbiyyatı dərslərini vermişdir. O, müəllimliklə 37 il məşğul olmuşdur.
Yazıçılığa 1953-cü ildə gəlmişdir. "İye çurttuñ аldаrıngа" adlı ilk şeri ulduz ağaç mənasındakı "Sıldısçıgaş" qəzetində yayımlanmışdır. Şerlərinin ilk antologiyası 1963-cü ildə "Şuurqan" adı ilə çıxmışdır. Bu illərdə "Tanış" (1967), "İster" (1970), "Ayalqa" (1974), "Tura-soruk" (1979), "Çırıküem" (1983), "Üye-şagnın sudalı" (1984), "Idıktarım" (1990), "Süzük" (1994) adlı kitabları nəşr edilmişdir. Sambulu ilə birlikdə yazdıqları "Möngün Tayqa" (Yetişdiyim torpağım, 1996) adlı kitabı nəşr edilmişdir. S. Şçipaçevin, R. Həmzətovun, M. Tursunzadənin, P. Brovkonun əsəbi əsərlərini tuva türkcəsinə tərcümə etmişdir. Moldurqunun şerlərini ruscaya S. Kozlova, G. Printseva, M. Skuratov tərcümə etmişdir. Moldurqa Salçakın qırxdan çox şerinə mahnı bəstələnmişdir. Ömürünün yarısında çoxunu tuva dilinin qorunmasına və tıva mədəniyyətinin ruslar tərəfində sivilizasiya olunmaması üçün əlində gələni etmişdir. Bunlara əsərlərində və yazdığı mətnlərdə də rast gəlmək mümkündür.
Tıva Muxtar Sovet Sosialist Respublikasının Ali Şurasının rəhbərliyinin "Dəyərli" mükafatı ilə mükafatlandırılmış, Tuva Respublikasının mədəniyyətinin məşhur xidmətçisi ünvanını almışdır.
9 yanvar 2012-ci ildə vəfat etmişdir.[3]