Çernobıl döyüşü (rus. Бои за Чернобыль ) - Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında Çernobıl təcrid zonası və Pripyat şəhərində baş vermiş döyüş.
2022 -ci ilin 24 fevral tarixində gecə saatlarında başlayan döyüş, elə həmin günün sonunda Rusiya Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib və beləliklə Çernobıl Atom Elektrik Stansiyası Rus ordusunun nəzarətinə keçib.[2] İddialara görə Çernobıl döyüşündə Belarus , Rusiya Silahlı Qüvvələrinə lojistik köməklik göstərib.[3] [4] [5]
1986 -cı ilin 24 aprelində baş vermiş Çernobıl faciəsi zamanı Çernobıl Atom Elektrik Stansiyasından ətraf mühitə çoxlu miqdarda radioaktiv material yayılmışdır.[6] Partlayış baş verən reaktoru əhatə edən 30 kilometr (19 mil) radiusda olan ərazi Sovet hakimiyyəti tərəfindən boşaldılmış və təcrid zonası elan edilmişdir.[7] [8]
Sözügedən ərazi zamanla Çernobıl təcrid zonası kimi rəsmiləşdirilib və ərazi yüksək səviyyədə qorunan və girişə qadağan edilmiş əraziyə çevirilib.[9] Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından sonra ərazi yeni müstəqillik qazanmış Ukrayna Respublikasının ərazisinə düşmüş[10] və obyekt Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin balansına verilmişdir.[11]
2022 -ci ilin 24 fevral tarixində günortadan sonra, Rusiyanın Ukraynanı istila etməsi hərbi əməliyyatı başlamışdır. Belarus istiqamətindən hücum edən Rusiya Silahlı Qüvvələrinin ilk hədəflərindən biri Çernobıl təcrid zonası olmuşdur. Ukrayna tərəfinin verdiyi məlumata görə aqressiv formada təcrid zonasına doğru hücum edən Rus ordusunun əsas məqsədlərindən biri ən qısa zamanda Çernobıl və Pripyat şəhərini ələ keçirmək olmuşdur.[12]
Günün sonunda Ukrayna hökuməti Rusiya Silahlı Qüvvələrinin Çernobıl və Pripyatı ələ keçirdiyini elan etdilər.[13]
Rusiyanın Çernobıl təcrid zonasını ələ keçirməsindən sonra ABŞ Dövlət Departamenti mötəbər mənbələrdən əldə edilən məlumatlara görə Rus əsgərlərinin Çernobıldakı obyektlərdə çalışan əməkdaşları girov saxladıqlarını açıqladılar.[14] Rus ordusunun açdığı artilleriya atəşi nəticəsində mərmilər radioaktiv tullantıların saxlandığı anbarlara düşüb və radioaktivliyin artması müşahidə olunub.[15] Bununla belə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik sənaye sahəsində heç bir tələfat və dağıntı olmadığını bildirib.[16] [17]
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın bu zonanı ələ keçirməsini bütün Avropaya qarşı müharibə elanı adlandırıb.[18] Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mykhailo Podoliak bildirib ki, keçmiş Çernobıl AES-in, həbsxananın və nüvə tullantılarının saxlanıldığı anbarlarının vəziyyəti naməlumdur.[19]
Bununla belə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik sənaye sahəsində heç bir tələfat və dağıntının olmadığını və Çernobıl təcrid zonasında yerləşən nüvə obyektlərinin təhlükəsizliyinin həyati əhəmiyyət kəsb etdiyini açıqlayıb.[16] [20]
Kiyevə hücum əməliyatına ümumi olaraq bağıldıqda Çernobılın ələ keçirilməsi Kiyevə doğru irəliləyən Rus qoşunları üçün keçid nöqtəsi sayıla bilər.
Amerika Birləşmiş Ştatlarının Avropadakı Ordusunun keçmiş komandanı Ben Hodges bildirib ki, Çernobıl təcrid zonası çox strateji yerdə yerləşir.
Əgər Rusiya Silahlı Qüvvələri Kiyevə şimaldan hücum edirsə, Çernobıl elə oradadır - deyə keçmiş komandan bildirib. ABŞ Müdafiə Nazirliyinin Rusiya , Ukrayna və Avrasiya üzrə köməkçisinin keçmiş müavini Evelin Farkas isə Rusiya Silahlı Qüvvələrinin paytaxtı mühasirəyə almağa çalışdığını bildirib.[21] [22]
Ukraynanın Daxili İşlər üzrə müşaviri Anton Heraşenko deyib ki, işğalçıların artilleriya zərbələri nüvə tullantıları anbarına dəysə, radioaktiv toz Ukrayna , Belarus və Avropa İttifaqı ölkələrinin ərazilərini bürüyə bilər.[18] BBC -nin məlumatına görə, ərazidəki monitorinq stansiyaları radiasiya səviyyəsinin 20 dəfə, yəni 65 µSv/saat artdığını bildirib. Şeffild Universitetindən olan Claire Corkhill, artımın lokal olduğunu və qismən Çernobıl təcrid zonasında və onun ətrafında yaşayan insanların və nəqliyyat vasitələrinin artan hərəkəti ilə əlaqədar olduğunu, yer üzündəki radioaktiv tozları hərəkətə gətirəcəyini bildirib.[23]
↑ Coakley, Amanda. "Lukashenko Is Letting Putin Use Belarus to Attack Ukraine" . Foreign Policy (ingilis) . 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 25 February 2022 .
↑ Reuters. "Chernobyl power plant captured by Russian forces -Ukrainian official" . Reuters. 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ "Chernobyl nuclear plant targeted as Russia invades Ukraine" . Al Jazeera. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ Coakley, Amanda. "Lukashenko Is Letting Putin Use Belarus to Attack Ukraine" . Foreign Policy (ingilis) . 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 25 February 2022 .
↑ "Russian forces seize Chernobyl nuclear power plant" . BBC News (ingilis) . 2022-02-25. 25 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-25 .
↑ "Chernobyl Nuclear Accident" . www.iaea.org. 14 May 2014. 11 June 2008 tarixində arxivləşdirilib . İstifadə tarixi: 25 February 2022 .
↑ Marples, David R. The Social Impact of the Chernobyl Disaster . New York: St. Martin's Press. 1988. ISBN 978-0-312-02432-1 .
↑ Ritzer, George; Atalay, Zeynep. Readings in Globalization: Key Concepts and Major Debates (ingilis) . John Wiley & Sons. 1 March 2010. səh. 272. ISBN 978-1-4051-3273-2 . 27 April 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 27 February 2022 .
↑ Bondarkov, Mikhail D.; Oskolkov, Boris Ya.; Gaschak, Sergey P.; Kireev, Sergey I.; Maksimenko, Andrey M.; Proskura, Nikolai I.; Jannik, G. Timothy. Environmental Radiation Monitoring in the Chernobyl Exclusion Zone - History and Results 25 Years After. US: Savannah River National Laboratory / Savannah River Nuclear Solutions. 2011.
↑ Petryna, Adriana. Life Exposed: Biological Citizens after Chernobyl . New Jersey: Princeton University Press. 2002. ISBN 978-0-691-09019-1 . 2022-01-30 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-27 .
↑ Economic Commission for Europe. Environmental Performance Reviews: Ukraine - First Review (ingilis) . Birləşmiş Millətlər Təşkilatı . 1999-12-17. səh. 50. ISBN 978-92-1-004057-0 . 2022-02-26 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-27 .
↑ "Russian troops breach area near Chernobyl, adviser to Ukrainian minister says" . Reuters . 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ "Chernobyl power plant captured by Russian forces -Ukrainian official" . Reuters . 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ Restuccia, Andrew. "White House Calls for Release of Any Hostages at Chernobyl Site" . Wall Street jurnalı . 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ "Chernobyl no-go zone targeted as Russia invades Ukraine" . Associated Press . 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 25 February 2022 .
↑ 1 2 "IAEA Director General Statement on the Situation in Ukraine" . International Atomic Energy Agency. 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ Murphy, Francois. "IAEA says Ukraine nuclear power plants running safely, no 'destruction' at Chernobyl" . Reuters . 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ 1 2 Shabad, Rebecca. "' This is a declaration of war against the whole of Europe': Zelenskyy warns Russia is trying to seize Chernobyl" . NBC News. 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ Griffiths, Brent D. "Russian troops seize Chernobyl's remnants after a battle, risking Western efforts to contain one of the world's most radioactive sites" . Business Insider. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 25 February 2022 .
↑ Murphy, Francois. "IAEA says Ukraine nuclear power plants running safely, no 'destruction' at Chernobyl" . Reuters . 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ Seitz-Wald, Alex. "Why would Russia want to take Chernobyl?" . NBC News. 24 February 2022. 24 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 24 February 2022 .
↑ Mohammed, Arshad; Landay, Jonathan. "Explainer: Why Russia and Ukraine are fighting for Chernobyl disaster site" . Reuters . 25 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 25 February 2022 .
↑ Gill, Victoria. "Chernobyl: Radiation spike at nuclear plant seized by Russian forces" . BBC . 25 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib . İstifadə tarixi: 25 February 2022 .
↑ Victoria Gill. "Chernobyl: Radiation spike at nuclear plant seized by Russian forces" . BBC News (ingilis) . 2022-02-25. 2022-02-25 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-02-26 .