Çervona ruta (ukr. Червона рута) — 1989-cu ildən bəri hər iki ildən bir keçirilən[1] daimi ikiillik ümumkrayna müasir mahnı və populyar musiqi gənclər festivalı. Bu, "şarovarı" janrı ilə əlaqəli ənənəvi Ukrayna xalq mədəniyyətindən uzaqlaşaraq daha çox Ukrayna populyar musiqisinin təqdim olunduğu bir meyar olmuşdur. Bəzən Ukraynadan sadəcə seçilmiş bir mahnının nümayiş olunduğu SSRİ İlin Mahnısı (Pesnya qoda) festivalından fərqli olaraq,[2] "Çervona ruta" daha çox müğənni və mahnıya icazə vermişdir.
Çervona ruta | |
---|---|
Yer | |
Təsisçi | |
Sayt | rutafest.art |
Festival məşhur Ukrayna mahnısını olan "Çervona ruta"nın müəllifi və bəstəkarı olmuş ukraynalı bəstəkar və şair Vladimir İvasyuka həsr olunmuşdur. Bu adçiçəkli bitkilərin mifoloji və ya faktiki növlərinə olan "Çervona ruta" ilə əlaqəlidir.
Festivalın ideyası və adı jurnalist İvan Lepşaya məxsusdur. Layihəni onu Taras Melnik, Kiril Stetsenko, Anatoli Kalenıçenko, Oleq Repetski və İvan Malkoviç həyata keçirmişdilər. Festival Ukrayna populyar musiqisinin canlanmasında mühüm rol oynamış və 1990-cı illərin Ukrayna musiqi bumuna töhfə vermişdir.[3]
1986-cı ildə SSRİ-də "perestroyka" kimi tanınan islahatlar başlayana qədər "Qlasnost" və "Uskoreniye" ilə birlikdə bütün Sovet İttifaqında rok musiqisi tabu idi. Buna baxmayaraq, 1980-ci il Gürcüstanın "Bahar ritmləri" festivalı kimi bəzi istisnalar da var idi.[4] SSRİ-də yayılmış bir deyimdə bildirilir ki, "bu gün caz ifa etsən, sabah Vətənini satacaqsan" (rus. Сегодня ты играешь джаз, а завтра Родину продашь).[5] Böyük Sovet Ensiklopediyasına görə, bu ifadə zəncilərin yaratdığı kapitalist Qərbin istənilən musiqisini nəzərdə tuturdu.[6]
İlk "Çervona ruta" festivalı 17–24 sentyabr 1989-cu ildə Çernovtsıda Bukovına stadionunda keçirilmişdir. Festivalın respublika KDB (SSRİ DTK-nın Ukrayna bölməsi), milis və Ukrayna Kommunist Partiyasının yaxından nəzarəti altında keçirilməsinə baxmayaraq, burada Ukrayna himni "Şçe ne vmerla" səsləndirilmiş, mavi və sarı bayraqlar dalğalanmışdır. "Vopli Vidoplyasova", "Bratı Qadyukinı", "Kvartıra № 50", "Zımovı sad", Vika Vradi, Mariya Burmaka, Trızubı Stas və bir çox başqaları rok müsabiqələrində iştirak etmişdilər. Ümumilikdə, Avropa və Şimali Amerikadan olan müğənnilər də daxil olmaqla, festivalda 500-dən çox ifaçı çıxış etmişdir.[7] Festivalın təşkilatçılarını və münsiflər heyətini müsabiqə iştirakçılarının çoxluğu və onların çıxışlarının keyfiyyəti heyran etmişdi.[8] Festivaldan 10 il əvvəl öldürülən Vladimir İvasyukun xatirəsinə mahnı oxunmuşdur.[7]
Final konserti Ukraynanın xalq musiqi aləti olan trembita sədaları ilə açılmışdır. İzdihamda olan insanlar Ukrayna SSR-nin dövlət gerbi və Ukrayna SSR-nin dövlət bayrağı kimi Ukrayna SSR-nin rəmzlərini daşımış, və oyun meydançasında böyük tonqal qalanmışdır. Festivalın baş mükafatını Vasil Jdankin almış, digər laureatlar arasında "Sestrıçka Vika" (Vika Vradi), "Komu vnız", "Bratı Qadiukini", Eduard Draç, Viktor Morozov, Taras Kurçik, Andrey Mıkolayiçuk və başqaları olmuşdur. Festivalın bağlanışı mərasimində Jdankin kortəbii olaraq Ukrayna himnini oxumağa başlamışdır. Çernivtsı şəhərinin mərkəzi stadionunda keçirilən yekun konsertdə yerli polis "milliyətçiliyin" hər hansı təzahürünü dağıtmış, sarı koftalar və mavi ətəklər geyinmiş gənc qızları (çoxları "Aslan Cəmiyyəti"ndən olan) saxlamışdır. Stadionda Georgi Qonqadze silahlıların hücumuna məruz qalmışdır və onun başına zərbələr endirilmişdir.[6]
"Rosmay" Media Mərkəzi festivalın tarixindən bəhs edən 6 hissəli film çəkmişdir.[9]
"Çervona ruta" 17–22 sentyabr 2019-cu il tarixlərində Çernivtsıda yenidən keçirilmişdir.[10] Bu, festivalın 30-cu ildönümü idi.[11]
"Çervona ruta" Ukrayna mədəniyyətində daha geniş cəmiyyətə təsir edən həqiqi "inqilab" etmişdi. Festival əvvəllər mövcud olmayan yeni gənclik musiqisini doğurmuşdu. Əvvəllər yerli kumirləri olmayan ukraynalı gənclər Moskvadan estrada şouları ilə kifayətlənməli və ya Qərb estrada ulduzlarına qulaq asmalı idilər. Festivalda ilk dəfə səsləndirilən mahnıların bir çoxu dərhal hitə çevrilmiş, milyonlarla insan tərəfindən sevilmişdir. "Ruta-89"un qalibləri və onların mahnıları bir çox hit-paradlarda və sorğularda ən yaxşı ifaçılar olmuşdur. Yalnız bir neçə gün əvvəl nisbətən qaranlıq qalan musiqiçilər bir gecədə Ukrayna gənclərinin kumirlərinə çevrilmişdilər. İlk dəfə əhalinin böyük bir hissəsi, xüsusən də gənclər həyatlarının bir hissəsinə çevrilən Ukrayna musiqisinə heyran olmağa başlamışdılar.[12]
"Çervona ruta" Ukraynada milli səviyyədə şou-biznesə də başlamışdır. Bu cür tədbirlərin texniki (səhnə, səs, işıq, səsyazma studiyaları, musiqi avadanlığı, musiqi istehsalının reproduksiyası) və yaradıcılıq (bəstəkarlar, aranjimançılar, səs istehsalçıları, şairlər və s.) dəstəyinin ilk sifarişçisi məhz "Ruta" olmuşdur. Birinci "Ruta Fest" zamanı festivalın səsyazmaları satılmış və tələbin onda birini belə təmin edə bilməmişdir. Odur ki, festivaldan sonra ilk Ukrayna konsert turu keçirilmişdir. Bütün Ukraynada "Rut-89" qaliblərinin 87 konserti izdihamlı salonlarda görünməmiş uğurla keçirilmişdir. Konsertlərin bədii dəyəri ilə diqqəti cəlb edən stadionlarda və böyük meydanlarda yüz minlərlə tamaşaçıda festivalın musiqisi böyük auditoriya toplamağa başlamışdı.[12]