Çiçək Mahmudqızı (Məmmədova Çiçək Mahmud qızı; 5 mart 1964, Qaymaqlı, Qazax rayonu) — Azərbaycan şairi, publisist, televiziya aparıcısı. "Aşıq Pəri" məclisinin (1984)[1], Azərbaycan Aşıqlar Birliyinin (2016) və Azərbaycan Yazıçılar Birliyinin (2022) üzvü.
Çiçək Mahmudqızı | |
---|---|
Məmmədova Çiçək Mahmud qızı | |
Doğum adı | Çiçək |
Təxəllüsü | Mahmudqızı |
Doğum tarixi | 5 mart 1964 (60 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | 2 |
Atası | Mahmud Məmmədov |
Təhsili | |
Fəaliyyəti | televiziya aparıcısı, şair, publisist |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | şeir, publisistika |
Janrlar | qoşma, gəraylı, təcnis, esse |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədova Çiçək Mahmud qızı 1964-cü il mart ayının 5-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 1971-ci ildə Qaymaqlı kənd orta məktəbin birinci sinfinə gedib və orta təhsilini 1981-ci ildə bitirib. 1982-ci ildə Azərbaycan Dillər Universitetinə daxil olub və 1987-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1987-ci ildən etibarən Azərbaycanın müxtəlif rayonlarında müəllim kimi işləyir.[2]
Çiçək Mahmudqızı dövri mətbuatda şeirlərlə və publisistik yazılarla çıxış edib.[3]
Azərbaycan Dövlət Radiosu və Televiziyası verlişlərində ştatdankənar müxbir kimi çalışıb. 1993-cü ildən Gəncə şəhərinə köçüb, həm orta məktəbdə, həm də Gəncə Dövlət Universitetində müəllim kimi işləyir.
2002–2003-cü illərdə Gəncənin "Kəpəz" kanalında " Mənim şeirli dünyam" verlişinin aparıcısı, 2008-ci ildən Tovuzda fəaliyyət göstərən televiziyada "Saz-Söz Dünyası" verlişinin müəllif-aparıcı kimi çalışıb. 2010-cu ildənTürkel adı ilə yenidən fəaliyyətə başlayan həmin televiziyada "Xoş ovqat" verilişinin müəllif-aparıcısı işləyib.[4]
2013-cü ilin oktyabrından isə Gəncənin "Kəpəz" televiziyasında "Duyğulu könüllər" verilişinin aparıcısıdır. "Bənövşə yaşlar" adlı şeir kitabının və onlarla publisist yazıların müəllifidir.
2011-ci ildən hər ilin yazında kecirdiyi "İncəgülü" saz-söz şöləni bir tele-layihə kimi saz-söz sənətinə çox dəyərli bir xidmətidir.
1984-cü ildən "Aşıq Pəri" məclisinin, 1 iyul 2016-cı ildən Azərbaycan Aşıqlar Birliyinin və 30 mart 2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
İki övladı var.