"Aşıq Pəri" Məclisi

Aşıq Pərinin portreti. (Rəssam: Altay Hacıyev)

Aşıq Pəri Məclisi — 1984-cü ildə yaranan, qadın aşıqşairələrin ədəbi birliyi. Yaradıcısı və ilk sədri Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Narınc Xatun olmuşdur. Aşıq yaradıcılığının inkişafına xidmət edən məclis XIX əsr Azərbaycan aşıq-şairi Aşıq Pərinin adını daşıyır. Məclisin hazırkı rəhbəri Pərvanə Zəngəzurludur.

Məclis 1984-cü ildə IV aşıqlar qurultayından dərhal sonra, xalq şairi Hüseyn Arif və yazıçı Əzizə Cəfərzadənin dəstəyi ilə şairə Narınc Xatunun çox böyük fədakarlığı sayəsində yaranmışıdır.[1] Belə ki, Narınc Xatun Borçalıda bir məclisdə olarkən Aşıq Sona Hamamlı (1918–1988) bir Zarıncı havası çalır. Narınc Xatun belə bir sənətkar xanımın ifasını gördükdən sonra düşünür ki bir təşkilat yaratmaq və istedadlı xanım aşıqları orada cəm etmək lazımdır.

Aşıq Pəri Məclisi Azərbaycan Yazıçılar İttifaqında 22 sentyabr 1984-cü il tarixdə təsis olunmuşdur.[2] Məclisin şöhrəti qısa müddət ərzində Gürcüstan, Dağıstan, İran, Türkiyə və İraqda da yayılmağa başladı. Məclisin üzvləri folklor-musiqi festivallarında iştirak etmək üçün bir çox xarici ölkələrə dəvət olundular.

Azərbaycan Dövlət Televiziyası vasitəsilə Aşıq Pəri Məclisi 1984-cü ildən 2006-cı ilin yayına qədər fasiləsiz olaraq efir fəaliyyəti göstərmişdir.[1] Hal-hazırda Dünya TV-də "Aşıq Pəri İnciləri" adı ilə veriliş yayımlanır.

2015–2022-ci illərdə Güllü Eldar Tomarlı məclisin mətbuat katibi, sədr müavini və bədii rəhbəri olmuşdur.

2011-ci ildən hal-hazıradək Aşıq Pəri Məclisinin rəhbəri Pərvanə Zəngəzurludur.

Keçirdiyi tədbirlər

[redaktə | mənbəni redaktə et]
2023-cü ildəki tədbir

Aşıq Pəri Məclisinin 1989-cu ildə 5 illiyi, 1994-cü ildə 10 illiyi Dövlət Filarmoniyasında, Aşıq Pərinin 180 illiyi, Narınc Xatunun 70 və 75 illiyi Rəşid Behbudov adına Mahnı Teatrında yüksək səviyyədə qeyd olunmuş və Azərbaycan televiziyasında yayımlanmışdır.[1]

Aşıq Pəri Məclisi 2015-ci il Noyabr ayında R. Behbudov adına dövlət mahnı teatrında Narınc Xatunun xatirəsinə həsr olunmuş konsert proqramı, 2019-cu il may — R. Behbudov adına mahnı teatrında "Aşıq Pəri Sazın-Sözün Zirvəsində" adlı konserti, 10 iyul 2019-cu il Heydər Əliyev adına Respublika sarayında konsert, 2 iyul 2019 — "Aşıq Pəri Məclisi" və "Azərbaycanın Aşıqlar Birliyi"nin birgə təşkil etdiyi konsert proqramı, 26 noyabr 2019-cu il R. Behbudov adına mahnı teatrında "Kəlağayı günü"nə həsr olunmuş konsert, Dekbar 2019 — Muğam mərkəzində Narınc Xatunun xatirəsinə həsr olunmuş konsert, 25 noyabr 2022-ci il R. Behbudov adına mahnı teatrında "Kəlağayımız, əsrlərin yadigarı" adlı konsert proqramları keçirmişdir.

  • Aşıq Pəri məclisi. Aşıqlar və el şairləri. (tərtib edənlər: N. Xatun, M. Əhmədov, Z. Yaqub). Bakı: Yazıçı, 1991, 440 səh.
  • Aşıq Pəri Məclisi. "Sazın-sözün zirvəsində". (layihə rəh.: Pərvanə Mustafayeva, red.: G. E. Tomarlı). Bakı, "QHT Nəşriyyat" MMC, 2019. 69 səh.
  • "Aşıq Pəri İnciləri" (şeir antologiyası. I kitab). (Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı)
  • Aşıq Pəri Məclisi (Almanax). (Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı)
  • Aşıq Pəri Məclisi "Zəfər Salnaməsi"
  • Aşıq Pəri Məclisi 2-ci "antologiya"
  • Ошик Пари инжалари. (шеърлар). (Гулли Елдор Туморли). Наманган, 2017.
  1. 1 2 3 ""Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.25" (PDF). 2016-03-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  2. İradə Sarıyeva. ""Aşıq Pəri" məclisi, Narınc Xatun..." Zirvə İnformasiya Mərkəzi (az.). zim.az. 18 may 2015. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-04.
  3. "Malik Balaşov, "Aşıq Pəri məclisinin yeni rəhbəri — PƏRVANƏ XANIM ZƏNGƏZURLU"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.
  4. milli.az. "Aşıq Zülfiyyə toy qiymətini açıqladı" (az.). milli.az. 2012-02-21. 2018-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-23.
  5. "Xan çinar" qəzeti, № 1(62), yanvar, 2003-cü il
  6. "Sazı avtomatla dəyişən vətən qızı", "Laçın yurdu" jurnalı, № 1(21), 2017.