Çiçikuri monastırı

Çiçikuri monastırı (gürc. ჩიჩხიტურის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir.

Çiçikuri monastırı
gürc. ჩიჩხიტურის მონასტერი
Aidiyyatı Gürcü Ortodoks Kilsəsi
Tikilmə tarixi XII əsr
Üslubu Gürcüstan memarlığı
Vəziyyəti xarabalıqları qalıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yazılı mənbələr və elmi ədəbiyyatda abidə haqqında çox az məlumat qalmışdır. XVIII əsr Gürcüstan alimi Vaxuşti Baqrationi Keşikçidağ kompleksindən danışarkən (mənbədə David Qareci adı ilə) dörd abidə haqqında məlumat verərək David Qareci kilsəsinin (və ya David Qareci lavrasının) adını çəkir, arximandritin iqamətgahının Müqəddəs İohann monastırında olmasını deyir, əsas monastır kilsələrinin isə Çiçikuri və Baertuban olmasını qeyd edir.[1][2]

Abidənin interyeri unikal freska rəsmləri ilə bəzədilmişdir. Çiçikuri monastırı Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazidə yerləşir.[3]

  1. "ლადო მირიანაშვილი, ჩიჩხიტურის მონასტერი და მისი უცნობი კედლის მხატვრობა". 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-19.
  2. ვახუშტი, აღწერა სამეფოსა საქართველოსა, ქართლის ცხოვრება, ტ. IV, თბ., 1973 წ. გვ., 332
  3. Л. Мирианашвили, «История перемен на юго-восточной границе Грузии в XX веке», журнал «Кавказская разведка» № 1, 2009, с. 493-501
  • ქართული საბჭოთა ენციკლოპედია, ტ. 2, გვ. 318, თბ., 1977 წელი.
  • Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948. (rus.)