Bertuban monastırı (gürc. ბერთუბნის მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Abidə XII əsrdə inşa edilmişdir. Kilsənin divarlarını bəzəyən Böyük Tamara və IV Georgi Laşa freskaları isə XIII əsrə aid edilir. Monastırdakı "Lukianın ölümü" freskası isə orta əsr Gürcü rəssamlığının ən gözəl nümunələrindən biri hesab edilir. Abidə, Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazidə yerləşir.[1]
Bertuban monastırı | |
---|---|
gürc. ბერთუბნის მონასტერი | |
Ölkə | Azərbaycan |
Şəhər | Ağstafa |
Aidiyyatı | Gürcü Ortodoks Kilsəsi |
Tikilmə tarixi | XII əsr |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | xarabalıqları qalıb |