Çikaqe Oqi (扇 千景, Oqi Çikaqe?, 10 may 1933, Kobe – 9 mart 2023[2], Tokio[2]) və ya əsl adı ilə Hiroko Kimura (木村 寛子, Kimura Hiroko?) – Yaponiya aktrisası və siyasətçisi. Yaponiya parlamentinin Müşavirlər Palatasının ilk qadın sədri olmuşdur.[3]
Çikaqe Oqi | |
---|---|
yap. 扇 千景[1] | |
30 iyul 2004 – 28 iyul 2007 | |
Monarx | Akihito |
Əvvəlki | Hiroyuki Kurata |
Sonrakı | Satsuki Eda |
6 yanvar 2001 – 22 sentyabr 2003 | |
Baş nazir | Yoşiro Mori Cuniçiro Koyzumi |
Əvvəlki | vəzifə yaradıldı |
Sonrakı | Nobuteru İşihara |
Şəxsi məlumatlar | |
Doğum adı | 林 寛子 |
Doğum tarixi | 10 may 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 9 mart 2023[2] (89 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | aktrisa, siyasətçi |
Həyat yoldaşı |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
1933-cü ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. Kobe liseyini bitirdikdən sonra sənətçi olmağa qərar vermişdir.[4] Aktrisalıq karyerasına "Takarazuka Revue" adlı qadın musiqi truppasında başlamış, 1954–1957-ci illərdə burada çıxış etmişdir.[5]
Oqi aktrisa kimi "Günəşli günlər və buludlu günlər" kimi filmlərdə baş qadın personajları canlandırmışdır. Daha sonra Toho Entertainment şirkətinə qoşulmuşdur.[4] O, bir çox teatr tamaşasında, filmdə və teleserialda rol almış, televiziya verilişlərinin aparıcısı olmuşdur.[3] Fuji TV kanalında yayımlanmış "Sən axşam saat 3-də" tabloid verilişinin aparıcılığını etmişdir.[4]
1977-ci ildə Liberal Demokrat Partiyasının üzvü kimi Yaponiya parlamentinin Müşavirlər Palatasına seçilmişdir. 1994-cü ildə Yeni Cəbhə Partiyasına qoşulmuşdur. Liberal Partiyasının üzvü olduqdan sonra 2000-ci ildə yaradılmış Yeni Mühafizəkar Partiyasına daxil olmuşdur.[3] 2000-ci ilin iyulunda Tikinti naziri seçilərək bu vəzifəyə təyin olunan ilk qadın olmuşdur. 2001-ci ildə aparılmış nazirlik islahatlarından sonra Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm naziri seçilmişdir.[3]
2003-cü ildə Liberal Demokrat Partiyasına qayıtmış və növbəti il Müşavirlər Palatasının sədri seçilmişdir. Beləliklə, bu vəzifəyə seçilmiş ilk qadın olmuşdur. O, ümumilikdə 5 dəfə Müşavirlər Palatasına seçilmişdir. 2007-ci ildə ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək siyasi karyerasını bitirmişdir. 2007-ci ildə "Qərar vaxtı" alı memuarını nəşr etdirmişdir.[4] 2010-cu ildə "Pavlovniya çiçəkləri" ordeninin Böyük kordonu ilə təltif olunmuş ilk qadın olmuşdur.[3]
9 mart 2023-cü ildə Tokioda yerləşən bir xəstəxanada qida borusu xərçəngi səbəbilə ölmüşdür.[3]
Oqi 1958-ci ildə kabuki sənətçisi IV Sakata Tocuro ilə evlənmişdir. Cütlüyün oğlu Tomotaro Hayaşi də kabuki aktyorudur.[4]