Çikaqo (film, 2002)

Çikaqo (ing. Chicago) — Rejissor Rob Marşallın 2002-ci ildə eyniadlı müzikl əsasında yazdığı ssenariyə çəkilmiş musiqili, kriminal film. Film 2003-cü ildə ən yaxşı film nominasiyası da daxil olmaqla 13 nominasiyada Oskara namizəd göstərilmişdir. Oliver! filmindən bəri (1968) ən yaxşı film nominasiyasında oskar qazanmış ilk müzikldır.

Çikaqo
Chicago
Janr Komediya filmi
kriminal film
Dram (janr)
Müzikl
Əsas mövzu ölüm cəzası
Rejissor Rob Marşall
Prodüser Martin Riçards
Ssenari müəllifləri Uotkins Morin Dallas
Bob Foss
Ebb Fredd
Bill Kondon
Baş rollarda Rene Zellveqer
Ketrin Zeta-Cons
Kuin Latifa
Con K. Reyli
Bəstəkarlar Con Kander
Denni Elfman
İstehsalçı Miramax Films
Distribütor UIP-Dunafilm[d], Netflix, Miramax
İlk baxış tarixi 10 dekabr 2002[1], 27 fevral 2003[2], 2002
Müddət 113 dəq.
Büdcə $45 milyon
Gəlir $306 776 732
Ölkələr ABŞ ABŞ
Almaniya Almaniya
Dil ingilis dili
İl 2002
Rəng rəngli
Çəkiliş yeri Toronto, Toronto Universiteti
IMDb ID0299658
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı Academy Award for Best Costume Design

Filmdə hadisələr 1920-ci ildə Çikaqoda baş verir. Hekayənin baş qəhrəmanı — uzun müddətdir mexanik Eymslə evli olan lakin daha böyük iddilara — məşhur olmaq, kumiri olduğu ləçər primadonna Velma Kelli kimi səhnədə parlamaq istəyən — Çikaqo şəhərinin sakini Roksi Hartdır. Lakin Roksi arzularının əksinə olaraq hər günü evdə keçirməli və sadəlöhv Eymosun işdən qayıtmasını gözləməlidir. İnsanların arasına çıxmaq üçün Roksi, onun barəsində kabare sahibi olan dostuna deməyə söz verən mebel satıcısı Freyd Keysi ilə əlaqəyə girir. Əslində heç bir dost mövcud deyildi və Keysi onu ani intriqa üçün sadəcə aldadırmış. Həqiqəti öyrənən Roksi vəziyyətlə barışmır və ərinin silahı ilə məşuquna atəş açaraq onu öldürür. Əvvəlcə Roksi ərinə ölən adamın evə girən oğru olduğunu bildirir və buna inanan Eymos günahı üzərinə götürmək istəyir, lakin ölən adamın Roksinin məşuqu olduğunu öyrəndikdən sonra hirsindən arvadını həbsxanaya yollayır. Bu andan etibarən Roksinin Çikaqo qadın həbsxanasındakı sərgüzəştlərinin hekayəsi başlayır. Əri və bacısının onun arxasında sevgi münasibəti qurduqlarını öyrənib qəzəb içində onların hər ikisini öldürən müğənni Velma da təsadüf nəticəsində bu həbsxanaya düşür. Burada ağalıq Mama ləqəbli ekssentrik gözətçinin əlindədir. Həbsxanada ciddi qaydalar qoyan Mama pul müqabilində məhbus qadınların istənilən istəyini həyata keçirməyə hazırdır.

Baş rol qismində, həmçinin xidmətlərinə görə böyük pullar alan və heç bir işini uduzmayan uğurlu vəkil Billi Flin də rol alır. Roksi onun işini məhz Flinin aparmasını xəyal edir, lakin problem vəkilin artıq Velmanın işi ilə məşğul olmasıdır. Roksinin xahişi ilə Mama onun işini aparmağa ürəksiz razı olan Flinlə əlaqə qurur. Bundan sonra Velma və Roksi düşmənə çevrilirlər. Flin Roksinin işi ilə çox sayda adamların maraqlanması üçün əlaqələrindən istifadə edir. Onun hekayəsi mətbuatda böyük furor yaradır və qəhrəmanın xəyalı axır ki, reallaşır: indi o məşhurdur. Roksi və Flin işi ən xırda detallarına qədər götür-qoy edir və işi udmaq üçün istənilən qurbanı verməyə razıdırlar. Lakin unutduqları bir həqiqət var: Çikaqoda daimi şöhrət və daimi münasibət mümkün deyildir.[3]

Personajın adı Originalda Rolun ifaçısı
Roksi Hart Roxie Hart Rene Zellveqr
Velma Kelli Velma Kelly Ketrin Zeta-Cons
Eymos Hart Amos Hart Con K. Reyli
Billi Flinn Billy Flynn Riçard Gir
Мatrona "Маmа" Мorton Matron «Mama» Morton Kuin Latifa
Fred Keysli Fred Casely Dominik Vest
Katalina "Macarıstanlı" Helinski Katalin «The Hunyak» Helinszki Yekatrina Şelkanova
Meri Sanşayn Mary Sunshine Kristin Baranski
Kitti Bakster Kitty Baxter Lüsi Lyu
  1. "Overture / All That Jazz" – Velma və varetye
  2. "Funny Honey" – Roksi
  3. "When You're Good to Mama" – Mama
  4. "Cell Block Tango" – Velma, Mona və b.
  5. "All I Care About" – Billi Flinn
  6. "We Both Reached for the Gun" – Billi, Roksi, Mari və digər jurnalistlər
  7. "Roxie" – Roksi
  8. "I Can't Do It Alone" – Velma
  9. "Mister Cellophane" – Amos
  10. "Razzle Dazzle" – Billi
  11. "A Tap Dance" — Billi
  12. "Class" – Velma və Mama
  13. "Nowadays" – Roksi
  14. "Nowadays / Hot Honey Rag" – Roksi, Velma
  15. "I Move On" – Roksi və Velma
  16. "All That Jazz (reprise)" – Velma
BaşlıqMüəllifİfaçı Müddət
1. Overture And All that Jazz Con Kander və Fred EbbKetrin Zeta-Cons 6:04
2. Funny Honey Kander və EbbRene Zellveqer 3:39
3. When You're Good to Mama Kander və EbbKuin Latifa 3:19
4. Cell Block Tango Kander və EbbZeta-Cons, Suzan Misner, Denis Faye, Deidre Goodvin, Yekaterina Şelkanova və Miyaa Harrison 7:22
5. All I Care About Kander və EbbRiçard Gir 3:48
6. We Both Reached for the Gun Kander və EbbGere və Kristina Baranski 3:59
7. Roxie Kander və EbbZellveqer 3:22
8. I Can't Do It Alone Kander və EbbZeta-Cons 3:51
9. Mister Cellophane Kander vəEbbCon K. Reyli 3:57
10. Razzle Dazzle Kander və EbbGere 3:47
11. Class Kander və EbbZeta-Cons və Latifa 2:54
12. Nowadays Kander və EbbZellveqer 2:14
13. Nowadays/Hot Honey Rag Kander və EbbZellveqer and Zeta-Cons 3:28
14. I Move On Kander və EbbZellveqer and Zeta-Cons 4:00
15. After Midnight Danni Elfmaninstrumental 3:24
16. Roxie's Suite Elfmaninstrumental 3:58
17. Cell Block Tango/He Had It Comin Kander və EbbLatifa, Lil Kim vəMeysi Gray 3:40
18. Love Is a Crime Greg Lavson, Denis Rich,
Damon Sharp və Rik Vake
Anastasiya 3:21
1:09:44

Nominasiya və mükafatlar

[redaktə | mənbəni redaktə et]
Mükafat Кateqoriya Ad Nəticə
Oskar mükafatı Ən yaxşı film Martin Riçards Qazandı
Ən yaxşı rejissor Rob Marşall Namizəd
Ən yaxşı qadın roluna görə Rene Zellveqer Namizəd
Ən yaxşı ikinci plan kişi roluna görə Con K. Reyli Namizəd
Ən yaxşı ikinci plan qadın roluna görə Kuin Latifa Namizəd
Ketrin Zeta-Cons Qazandı
Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə Bill Kondon Namizəd
ən yaxşı operator işinə görə Dion Bibi Namizəd
Ən yaxşı quruluşçu rəssam-dekorator işinə görə Con Mayr, Qordon Sim Qazandı
Ən yaxşı geyimlər dizaynına görə Kollin Etvud Qazandı
Ən yaxşı montaja görə Martin Uolş Qazandı
Ən yaxşı montaja görə Maykl Minker, Dominik Tavelya, Devid li Qazandı
Ən yaxşı musiqiyə görə Denni Elfman, Con Kander, Fred Ebb («I Move On») Namizəd
BAFTA Ən yaxşı filmə görə Martin Ri,ards Namizəd
Ən yaxşı rejissor işinə görə Rob Marşall Namizəd
Ən yaxşı qadın roluna görə Rene zellveqer Namizəd
Ən yaxşı ikinci plan qadın roluna görə Kuin Latifa Namizəd
Ketrin Zeta-Cons Qazandı
Ən yaxşı operator işinə görə Dion Bibi Namizəd
Ən yaxşı quruluşçu rəssam-dekorator işinə görə Con Mayr Namizəd
Ən yaxşı geyimlər dizaynına görə Kollin Etvud Namizəd
Ən yaxşı montaja görə Martin Uolş Namizəd
Ən yaxşı qrimə görə Cordan Semüyel, Cudi Kuper-Sili Namizəd
Ən yaxşı musiqiyə görə Denni Elfman, Con Kander, Fred Ebb Namizəd
Ən yaxşı səsə görə Maykl Minker, Dominik Tavelya, Devid Li, Moris Şell Qazandı
Qızıl Qlobus mükafatı ən yaxşı film, komediya və müzikl Qazandı
Ən yaxşı rejissor işinə görə Rob Marşall Namizəd
komediya və ya müziklda Ən yaxşı kişi roluna görə Riçard Gir Qazandı
komediya və ya müzilkda ən yaxşı qadın roluna görə Rene Zellveqer Qazandı
ketrin Zeta-Cons Namizəd
Ən yaxşı ikinci plan kişi roluna görə Con Reyli Namizəd
Ən yaxşı ikinci plan qadın roluna görə Kuin Latifa Namizəd
ən yaxşı ssenariyə görə Bill Kondon Namizəd
ABŞ aktyorlar kinogildiyasının mükafatı ən yaxşı aktyor ansamblına görə Qazandı
Ən yaxşı kişi roluna görə Riçard Gir Namizəd
Ən yaxşı qadın roluna görə Rene Zellveqer Qazandı
Ən yaxşı ikinci plan qadın roluna görə Kuin latifa Namizəd
Ketrin Zeta-Cons Qazandı
Qremmi mükafatı kino və yaxud Tv üçün yazılmış ən yaxşı mahnıya görə Con Kander, Fred Ebb («I Move On») Namizəd
kino və yaxud Tv üçün ən yaxşı saundtreklərə görə Rendi Spendlav, Rik Ueyk, Coel Moss, Den Xerçel Qazandı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]