2011-ci ildə rejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi.
Artist | |
---|---|
ing. The Artist | |
Janr |
dram melodram komediya |
Əsas mövzu | kino istehsalı[d] |
Rejissor | Mişel Hazanaviçus |
Prodüser | Toma Lanqmann |
Ssenari müəllifi | Mişel Hazanaviçus |
Baş rollarda |
Jan Düjarden Berenis Bejo |
Operator | Giyom Şiffman |
Bəstəkar | Lüdovik Burse |
Montajçı | Mişel Hazanaviçus |
İstehsalçılar |
Ciné Cinémas France 3 Cinéma uFilm La Petite Reine La Classe Américaine JD Prod Jouror Productions Canal+ France Télévision |
Distribütor | Warner Bros., Fórum Hungary[d], Disney+ |
İlk baxış tarixi |
15 may 2011 (Kann kinofestivalı) 12 oktyabr 2011(Fransa) |
Filmin digər adı | Aktyor |
Filmin növü | bədii film |
Müddət | 100 dəqiqə |
Büdcə | 15 milyon $[1] |
Gəlir | 133 432 856 $[1] |
Ölkələr |
Fransa Belçika |
Dillər |
səssiz fransız dilində subtitrlər |
İl | 2011 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID1655442 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Hollywood 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır.
The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən. Ümumiyyətlə filmdə onlarla insan faciəsi əks olunmasına baxmayaraq film peşəkar drama yox yüngül komediyadı. Əminəm ki əgər 20-ci illər olsaydı, filmin qəhrəmanları Jean Dujardin və Bérénice Bejo yenə də kinematoqrafiyada böyük uğur qazanardılar.