Çin Milli Kitabxanası

Pekin Milli kitabxanası (ing. National Library of China, NLC) — Çinin ən böyük kitabxanası.

Çin Milli Kitabxanası
中国国家图书馆
北京图书馆
Loqonun şəkli
Xəritə
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 9 sentyabr 1909, 1909[1]
Digər məlumatlar
ISIL kodu OCLC-N5L, CN-CcBjTSG
Sayt nlc.cn
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Pekin Milli kitabxanasının yeni korpusu

Pekin Milli Kitabxanası 1909-cu ildə fəaliyyətə başlayıb. Əvvəlcə Pekin Universitetinin tərkibində olub, 1916-cı ildə isə ona ölkənin əsas kitabxanası statusu verilib. Kitabxana 3 binada yerləşir. Bu kitabxana dünya kitabxanaları sırasında beşinci yeri tutur, ərazisi 170.000 kvadrat metr təşkil edir. Onun fondlarında 260 milyon cild kitab və sənədlər saxlanılır. Hər il bu say 600–700 min ədəd yenilənir.

Burada xüsusi fondda 1 milyon nadir kitab, qədim atlas və xəritələr, Çində yaşayan milli azlıqların dilində çap olunmuş bədii əsərlər, görkəmli adamların əlyazmaları, tarixi sənədlər saxlanılır. Kitabxana ilin bütün günləri açıq olur, gündə 8 min adama xidmət edir. Eləcə də sutkada 24 saat ərzində oxuculara İnternet vasitəsilə onlayn xidmət göstərir.

  1. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942