Çin operası (Çin: 戏曲/戲曲; Pinyin: xìqǔ) Çində populyar bir dram və musiqili teatr növüdür. Çinin müxtəlif regionlarında operalar var ki, bunlardan bəziləri yüz illər əvvələ aiddir. Bunlara Pekin operası və Kunqu daxildir.
Ümumiyyətlə Çində bilinən ilk opera truppasının Tang sülaləsinin imperatoru Xuanzong (712-755) dövründə qurulduğu qəbul edilir. “Armud bağı” (梨园/梨園; Rom: líyuán) adlanan bu truppa, imperatorun şəxsi zövqü üçün çıxış edirdi. Bu gün də opera müğənnilərinə “Armud Bağçasının Tələbələri” (梨园 弟子/梨園 弟子, Rom: líyuán dìzi) deyilir. Yuan sülaləsi (1279-1368) dövrünün forumu olan Zajuda (雜劇, zájù) “Dan” (旦, dàn, qadın personaj), “Sheng” (生, shēng, kişi personaj), “Hua” (花, huā, rənglənmiş üz) və “Çou” (丑, chŏu, təlxək) kimi Çin operasının dəyişməz rolları meydana çıxdı. Ming sülaləsi və Qing sülaləsinin erkən dövründə Wu regionunun operası olan Kunqu ən populyar opera forması oldu. Çin operasının günümüzə qədər gəlib çatmış 368 müxtəlif forması var. Bunlardan ən yaxşı tanınanı Pekin operasıdır. Pekin operası XIX əsrin ortalarında indiki formasını əldə etmiş və Tzin sülaləsi (1644-1911) dövründə ictimaiyyət tərəfindən bəyənilmişdir.
Çin Respublikası dövründə (1912 - 1949) qərb formaları Çinə daxil olmağa başlamışdır. Xüsusilə 1919-cu ildəki Dörd May Hərəkatından sonra Çində qərbin teatr əsərləri səhnəyə qoyulmuşdur və Çin yazıçıları bu üslubu təqlid etməyə başlamışdırlar.
Çin operasının inkişafı Çin Xalq Respublikasının birincisi dövründə dəstəkləmişdir. Lakin, Mədəni inqilab dövründə opera truppalarının əksəriyyəti dağılmış; Qərb əsərləri ilə yanaşı bir çox tarixi Çin operaları da qadağan edilmişdir. Mədəni inqilabdan sonra Çin operasında təkrar bir yenilənmə başlanmışdır; səhnədə və televiziyada populyar bir əyləncə növü olmağa davam etmişdir.