Çin qoralı (lat. Naemorhedus griseus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoral cinsinə aid heyvan növü. Birma, Çin, Hindistan, Tayland, Vyetnam və Laos ərazisində yayılmışdır.
Çin qoralı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Çin qoralı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu növün nümayəndələri 910–2400 m arası yüksəkliklərdə yayılırlar. Çin ərazisində isə onlara hətta 4100 metr yüksəkliklərdə belə yayılmışdır[3]. 4–12 başdan ibarət olan dəstələr halında yaşayırlar. Yaşlı erkəklər tənha həyat tərzi keçirir. Orta ömür müddəti 15 ildir.
Çəkisi 22–35 kq arasında dəyişir. Yay ayları tükləri qısa və seyrəkdir. Erkəklərdə buynuzun uzunluğu 230 mm, dişilərdə isə 190 mm təşkil edir.
Qış ayları yarpaq, kol və qozalarla, yayda isə otla qidalanır.
Təbii düşmənləri qırmızı canavar, bəbir, vaşaq və pələngdir.
Dişilər və erkəklər 3 ilində yetkinləşir. Cütləşmə dövrü sentyabr—oktyabr ayına təsadüf edir. Boğazlıq dövrü 170–218 gün çəkir. May-iyun ayları bala vermə dövrüdür. Əsasən bir bala verirlər.
Saylarının azalması müşahidə edilir. Səbəb isə intensiv ovdur.