Çingiz Hacı oğlu Sadıqov (5 aprel 1929, Bakı – 30 dekabr 2017[1], San-Fransisko) — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994)
Çingiz Sadıqov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | San-Fransisko, ABŞ |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan ABŞ |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | pianoçu |
Musiqi aləti | fortepiano |
Təhsili | |
Mükafatları |
|
Çingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.
1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.
Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.
1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.
Sadıqovun 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi ona təbrik məktubu göndərmişdir.
Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir.[2]