Çingiz Yurtçu Şahtaxtinski

Çingiz Yurtçu Şahtaxtinski (1898–1961) — Naxçıvanın ən tanınmış şəxslərindən.

Çingiz Yurtçu Şahtaxtinski
Çingiz Əliqulu ağa oğlu
Doğum tarixi
Doğum yeri Şahtaxtı, Kəngərli, Naxçıvan
Vəfat tarixi
Vəfat yeri İstanbul


Çingiz bəy 1898-ci ildə NaxçıvandaŞərur mahalının (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olub. Onun atası Əliqulu ağa Rusiya ordusunun mayoru olmuşdu. Ordudan əlil kimi istefaya buraxıldıqdan sonra ulu əcdadlarının çox sevib öyündüyü Şahtaxtı kəndində yaşayırdı. Əliqulu ağanın atası Hacı Vəli ağa nəinki Naxçıvanİrəvanda, hətta o vaxtlar Qafqazın mərkəzi sayılan Tiflisdə çox tanınan bir zadəgan olub. "Kavkaz" qəzetində (1856-cı il) Qafqazın baş komandanı general-adyutant Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı İsa Sultan oğlunun "İgidliyə görə" qızıl medalla təltif olması haqda məlumatı da tapa bildik. Hətta, onun Rusiya ordusunda daşıdığı vəzifənin adı da göstərilib: müsəlmanlardan ibarət olan atlı süvari polkunun naibi, yəni ki, komandiri. Qeyd edək ki, bu polkun hamısı Naxçıvan Kəngərliləri idilər.

Belə bir babanın ailəsində böyüyən və tərbiyə alan Çingiz bəy ilk təhsilini Naxçıvandakı rus-tatar (azərbaycanlı) məktəbində almışdı. Hələlik tapdığımız arxiv sənədlərinə əsasən Əliqulu ağanın İlyas ağa (o da Türkiyədə yaşayıb), İsmayıl ağa və Məmmədhüseyn ağa adlı oğlanlarının olmasını bilirik. Bunlar Çingiz bəyin doğma qardaşlarıdır. Burada bir haşiyə çıxmağı vacib bilirik. Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın "Xatirələri"ndə yazılıb ki, Heydər ağa Kəngərli mayor Əliqulu ağanın Nazlı xanımdan (sonralar Mirzə Cəlilin arvadı olub) olan oğludur. Yox, bu yanlışdır. Çünki Heydər ağanın tariximiz üçün çox qiymətli olan arxiv işi bizdədir. Oradakı tərcümeyi-halında Heydər ağa yazır ki, mənim atam Heydər ağa Hacı Vəli ağa Şahtaxtinskinin oğludur. Onun atası Heydər ağanın da Qarsda polis işlədiyi zaman tərtib edilən işini tapdıq. Gənc ata oğlu dünyaya gəlməmiş faciəli həlak olduğundan onun adını oğluna qoyublar. O vaxtkı qaydaya görə dul qalmış gənc ananı, yəni Nazlı xanımı (əsil adı Zeynəbağa xanım Kəngərlidir) mayor Əliqulu ağaya alıblar. Sonralar ərindən ayrılan Nazlı xanım oğlunu da özü ilə bərabər atası Şəfi ağanın evinə aparıb. Yəqin ki, arxiv sənədlərindən xəbərsiz olan Həmidə xanım səhvən Heydər ağanı mayor Əliqulu ağanın oğlu bilib. Bakıda çap edilən kitablarda Heydər ağanın Şahtaxtinski soyadını heç vaxt yazmırlar. Axı, uzun illər Moskvada yaşayan Heydər ağa bütün sənədlərdə öz familiyasını fəxrlə "Şahtaxtinski" kimi yazıb. Arxiv sənədləri çox həqiqətləri üzə çıxarır.

Çingiz bəy 1961-ci il 4 fevralda İstanbulda vəfat edib və Qaracaəhməd məzarlığında torpağa tapşırılıb.

  • Babası Hacı Vəli ağa Şahtaxtinski - I İsa Sultan Şahtaxtinskinin oğlu. "Kavkaz" qəzetində (1856-cı il) Qafqazın baş komandanı general-adyutant Muravyovun həmin ilin 6 iyulunda verdiyi bir əmrdə Hacı Vəli ağa Hacı İsa Sultan oğlunun "İgidliyə görə" qızıl medalla təltif olması haqda məlumat var. Rusiyada müsəlmanlardan ibarət olan atlı süvari polkunun naibi, yəni ki, komandiri olmuşdur.[1]
  • Atası Əliqulu ağa Hacı Vəli ağa oğlu Şahtaxtinski Rusiya ordusunun mayoru olmuşdur. Əliqulu ağanın İlyas ağa (o da Türkiyədə yaşayıb), İsmayıl ağa və Məmmədhüseyn ağa adlı oğulları olub. Bunlar Çingiz Yurtçu Şahtaxtinski bəyin doğma qardaşlarıdır.[2]


  1. "Arxivlənmiş surət". 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-11.
  2. "Arxivlənmiş surət". 2021-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-11.