Çirkli müharibə

Argentinada "çirkli müharibə" (isp. Guerra Sucia en la Argentina) — Argentina hərbi diktaturaları tərəfindən həyata keçirilən və 1976-1983- illərdə XX əsrin sonuncu hərbi xuntasının hakimiyyəti dövründə ən yüksək həddə çatan dövlət terrorizmi tədbirlərinin (kütləvi adam oğurluğu, işgəncə, məhkəməsiz edamlar) ümumi adıdır. Kondor əməliyyatının bir hissəsi.

24 mart 1976-cı ildə Xorxe Videlanın başçılıq etdiyi ordu çevriliş edərək prezident İzabel Peronu devirdi. Hərbçilərin köməyi ilə Videla geniş səlahiyyətlər əldə etdi və bu, Argentinada insan hüquqlarının pozulmasına səbəb oldu. Kütləvi həbslər həyata keçirilir, məhbuslara işgəncə verilir, çox vaxt öldürülürdü. Xunta dövründə 10 min nəfər fiziki cəhətdən məhv edilmiş, 30 min nəfər itkin düşmüş, daha 60 min nəfər isə siyasi səbəblərdən uzun müddətə həbslərə, işgəncələrə və zorakılığa məruz qalmışdır. Çirkli müharibənin əsas qurbanları solçu fəallar, o cümlədən həmkarlar ittifaqı üzvləri, tələbələr, jurnalistlər, marksistlər və peronistlər idi.

Xunta 1983-cü ildə Argentinanın Folklend müharibəsindəki məğlubiyyətindən qısa müddət sonra süqut etdi.

Hökumət dəyişikliyindən sonra prezident Raul Alfonsinin tapşırığı ilə məşhur yazıçı Ernesto Sabatonun başçılıq etdiyi İnsanların Kütləvi İtkin Düşməsi İşləri üzrə Milli Komissiya ( CONADEP) yaradıldı. 1983-1984-cü illərdə aparılmış araşdırmanın nəticələrinə əsasən, o, “Bir daha heç vaxt” [1] adlı hesabat dərc etdirmişdir .

2012-ci ilin iyulunda ölkənin keçmiş hökmdarları Xorxe Videla (1976–1981-ci illərdə hakimiyyətdə olub) və Reynaldo Biqnone (1982–1983) Argentina məhkəməsi tərəfindən qadın siyasi məhbuslardan uşaqların oğurlanmasını təşkil etməkdə təqsirli biliniblər. Müəyyən edilib ki, onların göstərişi ilə onlarla ana zorla övladlarından məhrum edilib (sonralar başqa ailələrə, əksər hallarda zabitlərə verilib), sonra isə öldürülüb. Videla və Bignone (hökm çıxarılarkən yaşı 80-dən yuxarı idi) cinayətlərinə görə müvafiq olaraq 50 və 30 il həbs cəzası aldılar[2][3].

  1. Умер известный аргентинский писатель и правозащитник Эрнесто Сабато Arxivləşdirilib 2018-11-11 at the Wayback Machine // РИА Новости, 30.04.2011
  2. "Former dictators found guilty in Argentine baby-stealing trial". CNN. 2012-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.
  3. Лев Македонов. "Диктаторы сели за похищение детей". gazeta.ru. 2012-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.