Çitral rayonu

Çitral rayonu (urdu ضِلع چترال) — Pakistanın Hayber-Paxtunxva əyalətində  2018-ci ildə Yuxarı Çitral Bölgəsi və Aşağı Çitral Rayonuna bölünməyə qədər 14,850 km² sahəni edən böyük bir rayon idi.[1]

Çitral rayonu

36°15′ şm. e. 72°15′ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1970
Ləğv edilib 2018
Sahəsi
  • 14.850 km²
Çitral rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Malakand Diviziyasının bir hissəsi olan Hayber Paxtunxvanın ən şimal bölgəsi idi.[2]Şərqində Gilgit-Baltistan, cənubunda isə Hayber Paxtunxvanın Svat və Dir rayonları ilə həmsərhəd idi. Həmçinin şimal və qərb tərəfindən də Əfqanıstanla Dürand xətti ilə dövlət sərhədini əhatə edirdi.[3] Əfqanıstanın məhz bu dar zolağı olan Vaxan dəhlizi Çitralı şimalda Tacikistandan ayırır.

Rayonun təxminən 414 min nəfərə yaxın əhalisi var.[2] Ümumi əhali əsasən Yasin, Gilgit, Dir və Svat bölgələrində də danışılan Xovar dilində danışan Xo xalqından ibarətdir. Çitralda həm də Bumburetdə və Çitral şəhərinin cənub-qərbindəki iki ucqar vadidə yaşayan Kalaş xalqına da ev sahibliyi edir. Çitralda bir neçə min nəfər nuristanlının da yaşadığı məlumdur.

Bölgədə ən çox istifadə olunan əsas dil Xovar dilidir. Dameli, Qavar-Bati, Qujari (Qojri), Kalaşa, Qırğız, Kataviri / Kamviri, Mdaqlaşti Dari, Palula, Sarıquli, Vaxi və Yidqa dillərində danışanların kiçik icmaları da var.[4] Urdu dili isə bölgədə rəsmi statusa malik tək dildir.

  1. "Upper Chitral gets status of separate district". dawn.com. 21 November 2018. 29 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2020.
  2. 1 2 "District Government Chitral". Chitral District Government Web Portl. 28 September 2015 tarixində orijinalından arxivləşdirilib.
  3. Cutherell, Danny. "Governance and Militancy in Pakistan's Chitral district" (PDF). Center for Strategic and International Studies. 2013-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-30.
  4. "About [Lower Chitral]". 16 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 June 2022.