Çuçoro döyüşü Reç Pospolita (Boğdan Knyazlığı Birliyinin dəstəyi ilə) və Osmanlı qüvvələri (Noğayların dəstəyi ilə),[1]:344 17 sentyabr-7 oktyabr tarixləri arasında Prut çayı yaxınlığındakı Moldovada (Boğdan) baş vermişdir.[2]:568
Çuçoro döyüşü | |||
---|---|---|---|
Osmanlı-Reç Pospolita müharibəsi (1620-1621) | |||
Tarix | 17 sentyabr-7 oktyabr 1620 | ||
Yeri | Prut çayı yaxınlığı | ||
Nəticəsi | Osmanlı qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1620-ci ilin əvvəllərində Reç Pospolitanın İstanbuldakı diplomatik nümayəndəliyinin uğursuzluğu və hər iki tərəfdən Busza müqaviləsinin pozulması nəticəsində ikitərəfli münasibətlər sürətlə pisləşdi. Osmanlılar 1620-ci ildə Polşaya müharibə elan etdilər və 1621-ci ilin yazında hücum etməyi planlaşdırdılar.[1]:341 Birliyin Seym məclisi, atamanların tələb etdiyi çoxlu yardımı rədd etdi. 1620-ci ildə Habsburq nümayəndəsinin razılığı ilə senatın gizli məclisi nəhayət qoşunlara qoşulmağa razı oldu. 70-li yaşlarındaki hetman Stanislav Zolkievski, Osmanlı İmperiyası ilə meydana gələcək qarşıdurmanı düşünərək Osmanlı qoşunları ilə xarici torpaqlarda görüşməyi qərara aldı və Boğdanı seçdi.[3] Ancaq Osmanlı sultanı Polşa ilə ittifaq quran Hospodar Qaspar Grazianı məğlub etmək üçün İsgəndər Paşanı Boğdana göndərdi.[1]:341
Hetman Zolkievski və Koniekpolski öz qoşunlarını Rumıniya sərhədindəki Tutoraya, Xan Təmir üzərinə istiqamətləndirdi. Ordu 5000[1]:342 ilə 9000 əsgərdən (təxminən 2000 piyada və 1600 kazak süvarisi[1]:344)) ibarət idi. Bir çox alaylar zadəgan insanların Koreskis, Zaslavskis, Kazanovskis, Kalinovskis və Potoskis xüsusi təyinatlılarından ibarət idi. Ordu sentyabr ayında Boğdana girdi. Boğdanın hökmdarı Qaspar Qrazian, Osmanlı İmperiyasının tabeçiliyinə baxmayaraq üsyan etdi və Reç Pospolitaya dəstək olmaq qərarına gəldi. Qrazian yeniçəriləri İaşidə (Rumıniya) öldürdü və Sultan II Osmanın (idarəçiliyinin əlindən alınıb İstanbula gətirilməsini əmr etmişdi) elçilərini öldürdü. Daha sonra qaçmağa çalışdı, lakin Zolkievski tərəfindən Reç Pospolitaya qoşulmağa məcbur edildi.[1]:344 Bununla birlikdə Boğdanlı boyarların çoxu bölgələrini birliyin nizamsız qoşunlarından qorumaq üçün ordunu tərk etdilər, bir hissəsi qazanan tərəfə qoşulmaq üçün vəziyyəti izləməyə başladılar, bəziləri isə Türkiyə ordusuna qatıldılar.[1]:344 Nəticədə Boğdanın üsyançı qoşunlarının ordusuna cəmi 600-1000 nəfər cəlb edildi. Zolkievski ordusunu Çuçorodakı istehkam düşərgəsinə apardı.
Sentyabrın 10-da Tutora yaxınlığında (Rumıniya) Polşa-Litva Birliyinin (Reç Pospolitanın) ordusu ilə Tatar və Osmanlı qoşunlarının (13000-22000) iştirakı ilə Özi bəylərbəyi İsgəndər Paşanın komandanlığı altında qarşı-qarşıya gəldilər. Osmanlı qüvvələrinin tərkibinə Qabriel Bethlenin ordusu daxil idi.[1]:342 Tatar qüvvələri bölmədən çox sayda mühafizəçini əsir götürdü. Müharibənin ilk günündən bir çox Boğdanlı üsyançı tərəf dəyişərək Polşa-Litva Birliyinin ordusuna hücum etdi. 19 sentyabrda Polşa-Litva Birliyinin məğlub olacağı məlum olmuşdu, lakin yenədə Koniekpolski ordusunu 20-21 sentyabr tarixinədək birlikdə saxlaya bildi. Sentyabrın 29-da qoşunlar geri çəkilməyə başladı. Qrazianın dəstəyi ilə bəzi xüsusi dəstələr qaçmağa başladılar. Çəkilmə zamanı oktyabrın 3-də olduğu kimi, çox sayda ciddi hücumlar olsa da, Polşa-Litva Birliyi qoşunları Dnestr və Polşa-Litva sərhəddində mövqe tutmağı bacardılar.
Oktyabrın 6-da baş verən daha bir ağır hücumda bir çox zadəgan qaçdı.[1]:344 Qalan əsgərlərin çoxu Osmanlı qoşunları tərəfindən öldürüldü və ya əsir alındı. Zolkievski öldü,[4] Koniekpolski[1]:344 və digərləri əsir alındı. Zolkievskinin başı bir dirəyə asılaraq sultana göndərildi, Dyuk Koreski İstanbulda həbs edildi.
Belə vacib bir qələbə vəzir Əli Paşa və Qabriel Bethlenin tövsiyəsiylə II Osmanın idarəsini gücləndirə və genişləndirə biləcəyinə inamı artırdı. Aleksandr İliaş Boğdanın idarəçisi təyin edildi. Qrazian sentyabrın 29-da öldürüldü.
Yalnız 1000-ə yaxın Polşa-Litva əsgəri sağ qala bildilər. Tatarlar Podolye, Volhinya və Qalisiya bölgələrində məskunlaşdılar.[1]:344
1621-ci ildə II Osmanın komandanlığı altında 200.000-250.000 Osmanlı əsgəri Ədirnədən Polşa sərhədinə qədər getdi. Osmanlıların məqsədi bu döyüşündə gətirdiyi inamla o dövrdə Polşanın bir hissəsi olan Ukraynanı fəth etmək idi. Polşa komandiri Jan Karol Çodkieviz sentyabr ayında təxminən 35.000 əsgərdən ibarət Kazakların dəstəklədiyi ordusuyla Dnestrı keçdi. Hotin qalasında yerləşdi. Osmanlı ordusu burada payızın ilk qarı düşənə qədər iki ay qaldı. Mövsümün gətirdikləri və 40.000 əsgərin itkisi II Osmanı danışıqlar aparmağa məcbur etdi. Mühasirənin qaldırılmasından bir neçə gün əvvəl yaşlı Ataman öldü (24 sentyabr 1621). Müharibə Polşa-Litva Birliyinin güzəştləri və Osmanlı İmperiyasının qazanclarına səbəb olan Hotin müqaviləsi ilə başa çatdı.
II Osman müharibənin ləngiməsini yeniçərilərin çatışmazlığı ilə əlaqələndirdi. Ordunu müasirləşdirmək cəhdləri yeniçərilər və bəzi siniflər tərəfindən müsbət qarşılanmadı. 1622-ci il mayın 18-də yeniçərilər və bəzi mədrəsə tələbələrinin başlatdığı üsyan ilə II Osman taxtdan salındı və 2 gün sonra da öldürüldü.