Çuğundur adi uzunburunu

Çuğundur adi uzunburunu (lat. Bothynoderes punctiventris) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Uzunburun böcəklər fəsiləsinə aid olan növ.

Çuğundur adi uzunburunu
Brockhaus and Efron Encyclopedic Dictionary b57 096-2.jpg
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Çuğundur adi uzunburunu
Beynəlxalq elmi adı
  • Asproparthenis punctiventris

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Görünüşü

Çuğundur adi uzunburunun yetkin forması bozumtul-qonur olmaqla, bədəninin üzəri boz rəngli tükcüklərlə örtülmüşdür. Böcəyin xortumu kütdür, zirvəsi azacıq genişlənmiş və üzərində aydın görünən uzununa gedən şişkinlik vardır. Bığcıqları dirsəkvarıdır və özləri də başın əsasından irəliyə doğru yönəlmişdir. Döş qalxancığının səthi hamar olmayıb, qırışıqlıdır və üzərində nöqtələr yerləşir. Qanadların nəhayətləri halqavarıdır. Hər bir qanadüstlük üzərində nöqtələrdən ibarət 10 cərgə zolaq vardır. Qanadı üzərində çəpinə istiqamətdə qara rəngli qırıq xətlərədn təşkil edilmiş zolaq keçir. Hər bir qanadüstünün qurtaracağında iki rəngli nöqtə vardır. Erkək fərdlər dişilərdən ön ayaqlarının quruluşuna görə seçilir. Böcəklərin uzunluğu 1,2-1,4 sm, eni 0,4-0,6 sm-dir. Yumurtası ovalvarı, sarımtıl rəngdədir. Sürfəsi ağdır, ayaqsızdır və qövsvarı bükülmüşdür. Başı qonurdur. Baş qalxancığının hər iki tərəfindən kənarları iti olan qaşığa bənzər üst çənələr çıxır. Sürfələr bu çənələrlə çuğundurun kökünü gəmirib, onunla qidalanır. Yetkin sürfələrin uzunluğu 30 mm-ə çatır.[1]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Böcək fazasında torpağın üst qatında qışlayır. Yazda həmin qatda 10-12oC temperatur əmələ gələn zaman onlar qış yuxusundan oyanır, torpaq üzərinə qalxır, təpəçiçəklilər fəsiləsinə mənsub olan bitkilərlə qidalanır, sonra isə çuğundur cücərtilərinə keçir. Böcəklər çuğundur yarpaqlarının ayasını və saplaqlarını yeyir və beləliklə, cücərtilərin kütləvi məhv olmasına səbəb olur. Bu müddət ərzində böcəklər uçmur, daim torpaq üzərində hərəkət edir və onların cinsiyyət məhsulları yetişir. Hava şəraitindən asılı olaraq 15-30 gündən sonra onlar uçurlar. Bu zərərvericinin uçuşu üçün günəşli və isti havalar əlverişlidir. Uçuşdan sonar dişi böcəklər yumurta qoymağa başlayır. Yumurtalar cücərtilərin kökləri ətrafına torpağın üst səthində böcəyin xortumu ilə düzəldimiş çökəkciyə qoyulur. Hər bir cökəkciyə bir yumurta yerləşdirilir. Bir dişi böcək bütün həyatı boyu orta hesabla 200-ə qədər yumurta qoya bilir. Qoyulmuş yumurtalardan 7-10 gündən sonra sürfələr çıxmağa başlayır. Sürfələrin iki üç ay müddətində inkişaf edib 5 yaş keçirir. Bu müddətdə onlar çuğundur kökləri ilə qidalanır, orada çökəkciklər əmlə gətirir və nəticədə bitkilərin əksəriyyətinin quruyaraq tamamilə məhv olmasna səbəb olur. Qurumayan bitkilər isə zəifləyir, sısqalaşır və onların məhsulunda şəkərin faizi azalır. Sürfələrin inkişafı qurtardıqdan sonra torpaq yuvacıqları içərisində puplaşır. Təxminən iki həftədən sonra puplardan çıxan böcəklər torpaq üzərinə çıxmır və oradaca qışlayır. Çuğundur uzunburunu il ərzində bir nəsil verir.[1].

Yayılması[redaktə | mənbəni redaktə et]

Şimali Qafqaz, Qərbi Sibir regionlarında,[2] Azərbaycanda isə çuğundur əkilən bütün rayonlarda yayılıb.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 199

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 199
  2. "Свекловичные долгоносики". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.