Çuqoku regionu

Çuqoku regionu (中国地方, Chūgoku-chihō?) və ya Sanin sanyo regionu (山陰山陽地方, San'in san'yō-chihō?)Yaponiyanın Honşu adasının ən qərbi hissəsində yerləşən region. O, beş prefekturadan ibarətdir: Okayama, Şimane, Tottori, HiroşimaYamaquçi.

Çuqoku regionun yerləşməsi
Çuqoku regionu Yaponiya xəritəsində
Yerləşməsi
Ölkə Yaponiya
Ada Honşu
Statistika
Sahə 31922,26 km²
Əhali 7563428[1] nəf.
   Əhali sıxlığı 240 nəfər/km²
Prefekturalar 5

Çuqoku (中国, Chūgoku?) sözü kancidə Çin sözü ilə eyni cür yazılır. Çincə bu Orta Krallığ deməkdir. Beləliklə, Çinlilər öz ölkəsini cənnət və cəhənnəm arasında olan bir krallığ kimi izah edirlər.[2] Çuqoku regionu isə bu adını keçmiş paytaxt olan Kioto şəhərinə nisbən uzaq və ya yaxın olmadığına görə alıb.[3]

Çuqoku regionu şimalda Yapon dənizi ilə sulanır; cənubda onu Şikoku adasında yerləşən eyniadlı region ilə Daxili Yapon dənizi, qərbdə isə Kyuşu adasında yerləşən eyniadlı region ilə Kanmon boğazı ayırır; şərdə o, Kansai regionu ilə həmsərhəddir. Çuqoku dağları regionu iki hissəyə ayırır: Yapon dənizinin sahiləndə uzanan şimal San-in ərazisi və Daxili Yapon dənizinin sahilində uzanan cənub San-yo ərazisi.[3] San-in "dağın kölgəli tərəfi", San-yo isə "dağın günəşli tərəfi" deməkdir.[4]

San-in ərazisində əhali sayı San-yo ərazisindən azdır. San-yo ərazisində əhalinin əsas hissəsi yaşayır. Regionun ən böyük şəhəri, onun mərkəzi olan Hiroşimadır. O, Yaponiyanın onuncu ən böyük şəhəridir.[2]

1945-ci ilin avqustun 6-da Hiroşima şəhərində dünya tarixində ilk dəfə atom bombalaması baş vermişdi. O vaxt, Hiroşima əhalisi 245 min adam idi. Partlayışın özünün üzündən ölənlərin dəqiq sayı naməlumdur, bəzilər onların 70-80 min adam arasında olduğunu hesab edirlər.[5][6] 1945-ci ilin axırda radioaktiv zəhərlənməsindən 90-166 min arasında adam həlak olmuş.[7] Radioaktiv elementlərin təsirinin altında olan insanlar daha sonra da xərçəng xəstəlikdən ölməyə davam edirdilər.[6]

San-yo ərazisində senayə və turizm San-in ərazisindən daha çox inkişaf etmişdir.[2]

  1. Ministry of Internal Affairs and Communications Statistics Bureau. "平成 22 年国勢調査の概要" (PDF). 26 October 2011. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 May 2012.
  2. 1 2 3 "chugoku.meti.go.jp". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
  3. 1 2 "japantwo.com". 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
  4. "photius.com". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-10.
  5. "U. S. Strategic Bombing Survey: The Effects of the Atomic Bombings of Hiroshima and Nagasaki, June 19, 1946" (PDF). "The Decision to Drop the Atomic Bomb" (ingilis). Truman Library website. 2012-01-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-03-26.
  6. 1 2 "The Atomic Bombing of Hiroshima (August 6, 1945)". The Manhattan Project (An Interactive History) (ingilis). US Department of Energy. 2006-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-26.
  7. . ""How many people died as a result of the atomic bombings?"" (ingilis). Radiation Effects Research Foundation (US - Japan). 2011-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-26.