Çuqoku regionu (中国地方, Chūgoku-chihō?) və ya Sanin sanyo regionu (山陰山陽地方, San'in san'yō-chihō?) — Yaponiyanın Honşu adasının ən qərbi hissəsində yerləşən region. O, beş prefekturadan ibarətdir: Okayama, Şimane, Tottori, Hiroşima və Yamaquçi.
Çuqoku regionu Yaponiya xəritəsində | |
Yerləşməsi | |
---|---|
Ölkə | Yaponiya |
Ada | Honşu |
Statistika | |
Sahə | 31922,26 km² |
Əhali | 7563428[1] nəf. |
Əhali sıxlığı | 240 nəfər/km² |
Prefekturalar | 5 |
Çuqoku (中国, Chūgoku?) sözü kancidə Çin sözü ilə eyni cür yazılır. Çincə bu Orta Krallığ deməkdir. Beləliklə, Çinlilər öz ölkəsini cənnət və cəhənnəm arasında olan bir krallığ kimi izah edirlər.[2] Çuqoku regionu isə bu adını keçmiş paytaxt olan Kioto şəhərinə nisbən uzaq və ya yaxın olmadığına görə alıb.[3]
Çuqoku regionu şimalda Yapon dənizi ilə sulanır; cənubda onu Şikoku adasında yerləşən eyniadlı region ilə Daxili Yapon dənizi, qərbdə isə Kyuşu adasında yerləşən eyniadlı region ilə Kanmon boğazı ayırır; şərdə o, Kansai regionu ilə həmsərhəddir. Çuqoku dağları regionu iki hissəyə ayırır: Yapon dənizinin sahiləndə uzanan şimal San-in ərazisi və Daxili Yapon dənizinin sahilində uzanan cənub San-yo ərazisi.[3] San-in "dağın kölgəli tərəfi", San-yo isə "dağın günəşli tərəfi" deməkdir.[4]
San-in ərazisində əhali sayı San-yo ərazisindən azdır. San-yo ərazisində əhalinin əsas hissəsi yaşayır. Regionun ən böyük şəhəri, onun mərkəzi olan Hiroşimadır. O, Yaponiyanın onuncu ən böyük şəhəridir.[2]
1945-ci ilin avqustun 6-da Hiroşima şəhərində dünya tarixində ilk dəfə atom bombalaması baş vermişdi. O vaxt, Hiroşima əhalisi 245 min adam idi. Partlayışın özünün üzündən ölənlərin dəqiq sayı naməlumdur, bəzilər onların 70-80 min adam arasında olduğunu hesab edirlər.[5][6] 1945-ci ilin axırda radioaktiv zəhərlənməsindən 90-166 min arasında adam həlak olmuş.[7] Radioaktiv elementlərin təsirinin altında olan insanlar daha sonra da xərçəng xəstəlikdən ölməyə davam edirdilər.[6]
San-yo ərazisində senayə və turizm San-in ərazisindən daha çox inkişaf etmişdir.[2]