Özbəkistan–Yaponiya münasibətləri

Özbəkistan–Yaponiya münasibətləri (yap. 日本とウズベキスタンの関係; özb. Oʻzbekiston-Yaponiya munosabatlari) — Özbəkistan ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əməkdaşlıq əlaqələri mövcuddur. Özbəkistan Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasını dəstəkləyən ölkələrdən biridir. İki ölkə arasında münasibətlər Mərkəzi Asiya üstəgəl Yaponiya formatı çərçivəsində güclənir.

Özbəkistan–Yaponiya münasibətləri
Özbəkistan və Yaponiya
 Özbəkistan  Yaponiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Özbəkistanın Yaponiyada yerləşən səfirliyi.

Ölkələr arasında diplomatik əlaqələr 26 yanvar 1992-ci ildə qurulmuşdur. Yaponiyanın Özbəkistan səfirliyi 1993-cü ilin yanvarında Daşkənddə, Özbəkistanın Yaponiya səfirliyi isə 1996-cı ilin fevralında Tokioda açılmışdır.[1]

2002-ci ildə Özbəkistanla Yaponiya arasında dostluq, strateji partnerlik və əməkdaşlıq haqqında birgə bəyənnamə imzalanmışdır.[2]

2011-ci ilin fevralında Özbəkistan prezidenti İslam Kərimov Tokioya rəsmi səfər etmişdir. Səfərdən sonra iqtisadiyyat, ticarət, maliyyə, texnika və digər sahələr üzrə sənədlər imzalanmışdır. Hazırda ikitərfəli əlaqələri əhatə edən 140-dan çox sənəd mövcuddur. Yaponiya qanunvericiliyi Özbəkistanla Dostluq üzrə Yaponiya Parlament Liqasını və Özbəkistan-Yaponiya Demokratik Partiyası Dostluq Liqasını təşkil etmişdir.[2]

İki ölkə arasında əhəmiyyətli ticarət münasibətləri var. 2014-cü ildə ikitərəfli ticarət 190 milyon ABŞ dolları təşkil etmişdir. Hazırda Yaponiya Özbəkistan iqtisadiyyatına investisiya yatıran ölkələrdən biridir. Neft-qaz sənayesi, nəqliyyat, rabitə, sağlamlıq, təhsil, kənd təsərrüfatı və digər sahələrdə qoyulan investisiyanın həcmi 3,4 milyard ABŞ dollarından çoxdur.[2]

Özbəkistanda Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Yaponiya Xarici Ticarət Təşkilatının ofisləri mövcuddur. 1994-cü ildə Özbəkistan-Yaponiya və Yaoniya-Özbəkistan iqtisadi əməkdaşlıq komitələri qurulmuşdur. 2015-ci ilin yanvarında Tokioda baş tutan komitələrin XII birgə görüşü zamanı dəyəri 2,8 milyard ABŞ dolları olan investisiya, razılaşma və texniki layihələr imzalanmışdır.[2]

24 oktyabr 2015-ci ildə Yaponiya baş naziri Şinzo Abe Özbəkistana rəsmi səfər etmişdir.[2]

Daşkənd şəhərində yerləşən yapon məzarlığı.

1999-cu ildə "Özbəkistan-Yaponiya" dostluq cəmiyyəti qurulmuşdur. Təşkilatın partnerlərindən biri "Fukuşima-Özbəkistan" Mədəni və İqtisadi Əməkdaşlıq Assosiasiyasıdır.[2]

Mütəmadi olaraq Özbəkistanda Yaponiya filmləri, incəsənət sərgiləri, konsert və performanslar təşkil olunur. 2002-ci ildə Daşkənd şəhərində sənətçi İkuo Hirayamanın dəstəyi ilə özbək-yapon elm və yaradıcılıq mərkəzinə də malik olan yapon bağı salınmışdır. 2015-ci ildə Özbəkistanda "Müasir Yaponiya filmləri günləri" tədbiri təşkil olunmuşdur. Tokio və Naqoya şəhərlərində isə "Yaponiyada Özbəkistan günləri" adı altında tədbirlər təşkil olunmuşdur.[2]

Yaponiya arxeoloqu K.Kato Özbəkistanın cənubunda apardığı arxeoloji qazıntılar zamanı erkən Buddizmə dair abidələr aşkar etmişdir.[2]

Yaponiyanın dəstəyi ilə hər 15-ə yaxın Özbəkistan tələbəsi Yaponiyada təhsil alır. 1999-2014-cü illərdə 293 tələbə bu proqramla Yaponiyada təhsil almışdır.[2]

2004-cü ildə Yaponiyanın Soka Universitetində özbək əsilli şair Əlişir Nəvainin heykəli ucaldılmışdır. Yaponiyanın Vaseda və Soka Universitetləri Özbəkistan prezidenti İslam Kərimova 2002-ci ildə fəxri doktor dərəcəsi vermişdir.[2]

Yapon məzarlıqları

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsindən sonra SSRİ tərəfindən Özbəkistana gətirilmiş 23 min yapon əsiri burada işlədilmişdir. Bir hissəsi 1950-ci illərdə Yaponiyaya qayıtsa da, yüzlərlə yapon müharibəsi burada ölmüş və dəfn olunmuşdur. Hazırda Özbəkistanda 13 yapon məzarlığı yerləşir və ən böyüyü Daşkəndin Yakkasaray rayonunda yerləşir. Özbəkistanın Əndican, Əngren, Buxara, Çirçik, Fərqanə, Kokand, Bekabad şəhərlərində də bu cür yapon məzarlıqları var.[3] Özbəkistan müstəqilliyini əldə etdikdən sonra Yaponiya ilə əməkdaşlıq edərək həmin məzarlar üçün abidələr hazırlamışdır.[4]

2019-cu ilin oktyabrına olan məlumata əsasən Özbəkistanda 138 Yaponiya vətəndaşı, 2020-ci ilin iyununa olan məlumata əsasən isə Yaponiyada 3425 Özbəkistan vətəndaşı yaşayırdı.[1]

  1. 1 2 "Japan-Uzbekistan Relations (Basic Data)". Yaponiya Xarici İşlər Nazirliyi (ingiliscə). Archived from the original on 2022-08-19. İstifadə tarixi: 16 iyul 2021.
  2. 1 2 3 4 5 6 7 8 9 10 "Uzbekistan-Japan: on the path to further deepen the strategic partnership". The Permanent Mission of the Republic of Uzbekistan to the United Nations (ingiliscə). Archived from the original on 2021-07-16. İstifadə tarixi: 16 iyul 2021.
  3. "タシケントに眠る日本人抑留者" [Japanese prisoners of war buried in Tashkent] (Japanese). 2019-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-06.
  4. "Foreign War Graves in Uzbekistan". The British-Uzbek Society (ingiliscə). 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2021.