Ülgüc üzərində qaçan 2049 (ing. Blade Runner 2049) — rejissoru Deni Vilnöv olan, əsas rolları Rayan Qoslinq, Harrison Ford və Ana de Armasın canlandırdığı, 2017-ci ildə neo-noir elmi fantastika janrında çəkilmiş ABŞ filmi.[9] 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Filmdə Rayan Qoslinqin ifa etdiyi "blade runner" olaraq çalışan K adlı obraz missiyalarından biri zamanı cəmiyyət və insanlığın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır.
Ülgüc üzərində qaçan 2049 | |
---|---|
ing. Blade Runner 2049[1] | |
Janr | elmi-fantastika filmi[2], müəmma filmi[2], kiberpank, antiutopiya filmi[d], Neonuar, triller filmi[2], dram filmi[2], döyüş filmi |
Rejissor | |
Baş rollarda |
|
Operator |
|
Bəstəkarlar | |
İstehsalçılar | Warner Bros., Columbia Pictures |
Distribütor | Warner Bros., Sony Pictures Releasing[d], InterCom[d][4], Netflix |
İlk baxış tarixi | 4 oktyabr 2017[5], 5 oktyabr 2017[4], 6 oktyabr 2017, 27 oktyabr 2017[6] |
Müddət | 164 dəq.[7] |
Büdcə | 150.000.000 $ |
Gəlir | 259.239.658 $[8] |
Ölkələr | |
Dil | ingilis dili |
Əvvəlki film | Ülgüc üzərində qaçan |
Rəng | rəngli |
IMDb | ID1856101 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
“Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsinə dair danışıqlar 1990-cı illərdə başlamışdır. Lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane olub. Endü Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın almışdırlar. Riddli Skott əvvəlcə filmin rejissoru təyin edilir, lakin sonra o, icraçı prodüser olur və rejissorluq Deni Vilnövə həvalə edilir. “Ülgüc üzərində qaçan 2049” filminin çəkilişi üçün lazım olan büdcə "Alcon Entertainment" və "Sony Pictures" tərəfindən təmin edilmişdir. Məbləğin bir hissəsi Macarıstan hökumətinin vergi güzəştindən əldə olunub. "Warner Bros." filmi ABŞ və Kanadada, "Sony" isə digər ölkələrdə nümayiş etdirib. Filmin çəkilişləri əsasən Budapeştdə 2016-cı ilin iyulundan noyabrınadək dörd ay ərzində iki çəkiliş meydançasında aparılıb.
“Ülgüc üzərində qaçan 2049” filminin premyerası 3 oktyabr 2017-ci ildə Los-Ancelesdəki Dolbi teatrında baş tutub. Film ABŞ-nin bütün şəhərlərində oktyabrın 6-da nümayiş olunmuşdur.