Ülkər Piriyeva

Ülkər Piriyeva (24 avqust 1988, Şərəfə, Masallı rayonu) — politoloq, Beynəlxalq dərəcəli jurnalist, “Beynəlxalq İş Adamları və İş Qadınları Konfedarsiyası”nın AzərbaycanTürk Cümhuriyyətləri üzrə Sədri, Azərbaycan YazıçılarJurnalistlər Birliklərinin üzvü, Avropa Jurnalistlər Birliyinin Azərbaycan təmsilçisi, EkoAvrasya-Avrasiya İqtisadi Əməkdaşlıq birliyinin Media qurumunun üzvü, YediKəmər jurnalının Azərbaycan üzrə təmsilçisi[1].

Ülkər Piriyeva
Ülkər Söhbət qızı Piriyeva
Doğum tarixi (35 yaş)
Doğum yeri Şərəfə kəndi, Masallı rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası politoloq, jurnalist
Təhsili Azərbaycan Universiteti
Bakı Slavyan Universiteti
Hacettepe Universiteti
Mükafatları Ali Media

Həyat və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ülkər Piriyeva 24 avqust, 1988-ci il Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. İbtidai təhsilini Şərəfə kənd Qəhrəman İsmayılov adına tam orta məktəbdə almışdır. Orta təhsilini Masallı Şəhər “Dəfinə” məktəb liseyində başa vurmuşdur[2]. I Ali təhsilini Azərbaycan Universitetində ingilis dilinin filologiyası fakültəsində almışdır. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. Eyni zamanda, Türkiyə Cumhuriyyətində Ankara şəhərində Hacettepe Universitetinin İqtisadi İdarəetmə fakültəsinin Siyasət bölümü və Dövlət İdarəçiliyini bitirmişdir.

Tələbəlik illərindən təhsil aldığı universitetlərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Bir sıra xarici ölkələrdə Azərbaycan Gənclər siyasətinin fəal təbliğatçısı olmuşdur. Türkiyə-Ukrayna, Türkiyə-Qazaxıstan, Türkiyə-Azərbaycan, Türkiyə-Özbəkistan, Türkiyə-Türkmənistan və digər ölkələrlə bağlı keçirilən bir sıra beynəlxalq kofransların, konqreslərin, simpoziumların və tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşdur[3].

İxtisasca, Politoloq, Beynəlxalq dərəcəli Jurnalist, baş ofisi Türkiyə Cümhuriyyətində yerləşən “Beynəlxalq İş Adamları və İş Qadınları Konfedarsiyası”nın Azərbaycan və Türk Cümhuriyyətləri üzrə Sədridir[4].

Azərbaycanın ilk dəfə Türkiyə Cümhuriyyətində Azərbaycan dilində və eyni zamanda, 4 dildə (azərbaycan, türk, rus və ingilis fəaliyyət göstərən “Avrasya Bulteni” xəbər portalını qurmuşdur, portalın təsisçisi və baş redaktorudur. Azərbaycan YazıçılarJurnalistlər Birliklərinin üzvüdür. İki kitab və iki albom müəllifidir[5].

Beynəlxalq tədbirlər[redaktə | mənbəni redaktə et]

Beynəlxalq tədbirlərdə iştirakına və Azərbaycan dövlətini beynəlxalq tədbirlərdə layiqincə təmsil etdiyi üçün bir sıra fəxri fərmanlar və diplomlar ilə təltif edilmişdir[5].

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • İlhamlı Azərbaycan Ali Media Mükafatı Medalına layiq görülmüşdür[5].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qazaxıstan gənc yazarları Milli Məclisdə". 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-05.
  2. "Masallıda Ülkər Piriyeva "Fikir qayıqları" adlı ilk kitabını təqdim etdi". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-05.
  3. ""Müharibə uşaqların gözü ilə"". 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-05.
  4. "Türk Dünyası Parlamentarlar Birliyi Xocalı soyqırımına ədalətli yanaşma tələb edib". 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-05.
  5. 1 2 3 "Ankarada azərbaycanlı gənc həkimlər və tibb sahəsində təhsil alan tələbələrin VI Forumu keçirilib". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-05.