Ümumdünya Qaqauzlarının Konqresi

Ümumdünya Qaqauzlarının Konqresi (qaq. Dünnää gagauzların kongresi) hər 3 ildən bir Qaqauziya Muxtar Bölgəsinin paytaxtı Komrat şəhərində keçirilir. Tədbirdə dünyanın hər yerindən olan qaqauzlar toplaşırlar.

2009-cu il Qaqauzların Konqresində Qaqauziya bayrağı

Muxtar bölgəsinin tarixində qaqauzların ilk konqresi 2006-cı ildə təşkil edilmiş və iyulun 20-dən 21-dək keçirilmişdir. İki gün ərzində tədbir iştirakçıları Qaqauziyanın tarixi və həyatı ilə tanış oldular, mədəniyyət və tarixi müəssisələrini ziyarət etdilər. Konqresdə Bolqarıstan, Yunanıstan, Rusiya, Ukrayna, Türkiyə, Kanada, ABŞ, Braziliya və qaqauz diasporunın olduğu dünyanın bir sıra başqa ölkələrindən 220 nümayəndə iştirak etmişdir. Konqres Qaqauziya ilə xaricdəki qaqauz diasporunun nümayəndələri arasında sıx sosial-iqtisadi və mədəni əlaqələrin qurulmasına uğurla töhfə vermişdir.[1]

Qaqauzların ikinci konqresi 2009-cu ildə avqust ayının 18-dən 19-dək keçirildi. Əvvəlcə Komratın mərkəzi küçəsi boyunca Qaqauziya və digər ölkələrin milli folklor qruplarının paradı baş tutdu. Sonra mərkəzi meydanda, Qaqauziyanın müxtəlif şəhər və kəndlərə aid stendlərə baxıldı. Milli geyimlər, yeməklər, ev modelləri və müxtəlif tamaşalar təqdim edildi. Axşam saatlarında xarici və Qaqauziya incəsənət kollektivləri, eləcə də Qaqauz və Moldova ulduzlarının iştirakı ilə konsert təşkil edildi.[2]

Üçüncü konqres 2012-ci ildə noyabr ayının 2-dən 3-dək keçirildi. Tədbir, 9 sentyabr 2012-ci ildə keçirilmiş Qaqauziya parlament seçkiləri ilə əlaqədar avqust-noyabr aylarına təxirə salındı. 4 noyabr Qaqauziyada həmçinin Şərab Günü sayılır, buna görə konqres iştirakçıları tədbirdə də iştirak edə bildilər.[3] Üçüncü Ümumdünya Konqresində dünyanın 18 ölkəsindən 200-ə yaxın qaqauz nümayəndəsi iştirak etmişdir. İştirakçıların əksəriyyəti Ukrayna, Rusiya, Bolqarıstan və Yunanıstandan gəlmişdi.[4]

Dördüncü konqres 5-6 may 2017-ci ildə keçirilmişdir. Ümumdünya Qaqauzlarının Konqresi üçün Ukrayna qaqauzları haqqında film çəkilmişdir. Qaqauziyanın elmi uğurlarına həsr edilmiş "Bilgilər" jurnalı da tərtib edilmişdir. IV konqresin keçirilmə tarixi Qaqauziyaya çox yüksək səviyyəli qonaqların gəlməsi ilə üst-üstə düşdü. Onların arasında Türkiyənin baş naziri Binali Yldırım, Moldova prezidenti İqor Dodon, Moldova Baş naziri Pavel Filip, eləcə də qaqauzların yaşadığı 20 ölkənin nümayəndələri var idi.

Yunan qaqauzları Yunanıstanda Görüşmə adlı oxşar tədbir keçirirlər. Görüşmə tədbirinə digər ölkələrdə olan qaqauz diasporu dəvət olunur. Tədbirin məqsədi Ümumdünya Qaqauzlarının Konqresinə bənzərdir. Tədbirin keçirilmə tarixləri aşağıda qeyd olunub:

  • 1-ci Görüşmə - ? il.
  • 2-ci Görüşmə - 5 oktyabr 2008-ci il.
  • 3-cü Görüşmə - 19-20 iyul 2013-cü il.
  • 4-cü Görüşmə - 4-5-6 sentyabr 2015-ci il.
  • 5-ci Görüşmə - 15-16-17 sentyabr 2017-ci il.
  1. "Первый Всемирный конгресс гагаузов". Archived from the original on 2015-06-26. İstifadə tarixi: 2020-06-07.
  2. "Программа проведения II Всемирного Конгресса Гагаузов 18-19 августа 2009 года в м. Комрат АТО Гагаузия (Гагауз Ери)". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-07.
  3. Всемирный конгресс гагаузов перенесен на осень из-за выборов в парламент Гагаузии Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, дополнительный текст.
  4. "Третий Всемирный конгресс гагаузов прошел в долг". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]