Ümumşəhər qəbiristanlığı (bəzən "Qurd qapısı" qəbiristanlığı kimi qeyd olunur) — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq.
Qəbiristanlıq | |
Ümumşəhər qəbiristanlığı | |
---|---|
| |
Ölkə | |
Rayon | Qaradağ rayonu |
Status | qəbiristanlıq |
Əsası qoyulub | bilinmir |
Qəbiristanlıq Laçın massivinin yaxınlığında, Bakı dairəvi avtomobil yolunun alt hissəsində yerləşir. "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığındadır.
Ümumşəhər qəbiristanlığının dəqiq tarixi məlum deyildir.
Məzarlıqda müxtəlif millətlərdən olan insanlar dəfn olunub. Burada azərbaycanlı, yəhudi, rus və erməni millətlərinin nümayəndələri dəfn edilmişdir.[1]
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində həlak olan 18 şəhid məzarlıqda dəfn olunmuşdur. Lakın bir müddət sonra şəhid ailələri müraciət edərək qəbirlərin Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsini istəmişlər. 2021-ci il yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib. Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülməsi qərara alınıb.[2]
Qaradağ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |