Bu məqaləni vikiləşdirmək lazımdır. |
Avropa İttifaqının (Aİ) (ing. European Union) Ümumi Ticarət Siyasəti və yaxud Aİ Ticarət Siyasəti dedikdə bütün Aİ üzv ölkələrinin Avropa Kommissiyasına verdiyi səlahiyyətə görə üzv ölkələr və digər dünya ölkələri ilə ticarətin həvəsləndirilməsi üçün Avropa Komissiyasının onların xarici siyasət əlaqələrində danışıqlar aparılması nəzərdə tutulur. Ümumi Ticarət Siyasəti məntiqi olaraq vahid Gömrük İttifaqının varlığından sonra tələb olunmuşdur və bu da öz növbəsində Ortaq Bazar (ing. Single Market) və Pul Birliyinin (ing. Monetary Policy) yaranmasına səbəb olmuşdur.
Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən 1957-ci ildə bağlanan Roma Müqaviləsi Avropa İqtisadi Birliyinin (AİB) əsasını qoymuşdur. AİB-nin ən əsas hədəfi Avropanın siyasi bütünlüyə nail olmaqdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük birliyi qurulması nəzərdə tutulmuşdur. Roma Müqaviləsinin 2-ci maddəsində AİB-in hədəfi "Birliyin vəzifəsi ortaq bazarın qurulması və üzv ölkələrin iqtisadi siyasətlərinin getdikcə yaxınlaşdırılması vasitəsilə Birliyin daxilində iqtisadi fəallıqların qanunauyğun inkişafını, sürətli və taraz bir yayılmanı, artan bir sabitliyi, həyat səviyyəsinin sürətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər arasında daha möhkəm münasibətlər qurmaqdır" şəklində ümumiləşdirilmişdir.[1] Tarif və Ticarət haqqında Ümumi Razılaşmanı (İng. General Agreement on Tariffs and Trade (GATT)) imzalayan ölkələr arasında gömrük vergisi ləğv edilmiş, onun yerinə idxal mallara aid tək bir vergi sistemi təyin edilmişdir[2]. Keçmişdəki gömrük birliklərinə diqqət yetirəndə bütün planların yalnızca bir dominant tərəfdaş tərəfindən qurulduğuna şahidi oluruq. Məsələn, Cənubi Afrika Gömrük Birliyində məhz Cənubi Afrika digər ölkələrlə olan xarici tarifləri başqa kiçik dövlətlərin adından təyin etmişdir. Lakin, AİB-nin üzvləri vahid xarici ticarət siyasətinin qurulma prosesində birlikdə işləməyi qərara almışdır. Üzv ölkələr öz səlahiyyətlərini ortaq təyin olunmuş Avropa Komissiyasına verir və üzv ölkələrin qərarları ümumi yaradılmış təşkilatlar yəni, Avropa İttifaqı Şurası və Avropa Parlamenti tərəfindən yoxlanılır[3].
Ümumi Ticarət Siyasəti rəsmi olaraq 1968-ci ildə qüvvəyə minmişdir. 1957-ci ildə imzalanan Roma Müqaviləsi üzv olan ölkələrə 12 il güzəşt dövrü vermişdir ki ölkələr öz ticarət siyasətllərini nizama salsınlar. Lakin, üzv dövlətlər bundan əvvəl birləşdirilmiş danışıq gücündən yararlanmağa çalışırdılar.
Aİ-nın Ümumi Ticarət siyasətinin qüvvədə olduğu illər ərzində Avropa Kommissiyası beynəlxalq ticarətdə dərin biliyə sahib oldu və Ticarət üzrə Baş Direktorluq dünyanın ən yaxşı və qabiliyyətli danışıq qruplarından birinə çevrildi. Amerika Birləşmiş Ştatları ilə yanaşı, kompleks ticarət sazişlərini paralel olaraq müzakirə edə bilən çox az sayda müəssisələrdən biridir[4]. Həm də Dünya Ticarət Təşkilatının təsisçisi olaraq qlobal ticarətin liberallaşmasının inkişafında mühüm rol oynamışdır.
Tarixi olaraq 1957-ci ildə imzalanmış Roma Müqaviləsində göstərildiyi kimi Avropa Komissiyası adından fəaliyyət göstərən Avropa Ticarət Komissarı ticari qərarlar almadan və ya ticarət danışıqları aparmamışdan öncə ilk növbədə, Avropa İttifaqı Şurasında üzv dövlətlərdən razılıq almalıdır. Bu, Ortaq Ticarət Siyasətinin başlamağından bu yana ixtisaslı səs çoxluğu səs verməsi ilə gerçəkləşir, ancaq Şura bəzi hallarda konsensusla hərəkət etməyə meyllidir[5].
Lisbon islahatı müqaviləsi artıq Ümumi Ticarət Siyasətini yalnız Avropa Birliyi səviyyəsində üzv dövlətlər tərəfindən tətbiq olunmaq üçün müstəsna bir səlahiyyət kimi müəyyənləşdirərək bu işi daha da aydınlaşdırdı.
Sonrakı saziş dəyişiklikləri Avropa Parlamentinə ticarət sahəsində səlahiyyətlər verdi. Bu gün Avropa İttifaqı Ümumi Ticarət Siyasətinin həyata keçirilməsi üçün qərar qəbuletmə prosesi Adi Qanunvericilik Prosedurası himayəsi altındadır[6].
Avropa Parlamenti və Avropa İttifaqı Şurası, adi qanunvericilik proseduruna uyğun olaraq qaydalar vasitəsilə hərəkət edərək ümumi ticarət siyasətinin həyata keçirilməsi üçün müəyyən tədbirləri qəbul etməlidir.
— Art. 207:2 TFEU
Deməli, Ümumi Ticarət Siyasəti çərçivəsində hər hansı bir addım atmaq üçün Avropa Kommissiyası Ticarət üzrə Baş Direktor tərəfindən tərtib edilmiş bir qanunvericilik təklifini müvafiq Avropa Parlamentinin komitələrinə (ən uyğun olanı Beynəlxalq Ticarət Komitəsidir) verməlidir. Eyni zamanda tam plenar səsvermə yolu ilə Avropa İttifaqı Şurası işçi partiyaları və Avropa İttifaqı üzv dövlətləri nazirlərinə təqdim edilməlidir. Həm Avropa Parlamenti, həm də Avropa İttifaqı Şurası verilmiş təklifi dəyişdirmək səlahiyyətinə malikdirlər və onlar ortaq bir son mətn üzərində razılaşmalıdırlar.
Aİ-nin ticari, iqtisadi və maliyyə mövzularındakı uğurları onu bir dünya gücü vəziyyətinə gətirir. Aİ qlobal formada bir çox ölkə və regionu əhatə edən ikili və çoxtərəfli anlaşmalar silsiləsinə sahibdir. Dünyanın ən böyük ticarət həcminə sahib və dünyanın ikinci ən güclü pul toplusuna sahib olan Aİ beş qitədəki yardım layihələrinə də ayda bir milyard Euro xəcləyir. Avropa İttifaqının xarici siyasətdə söz sahibi olan bir vəziyyətə gəlməsi Birliyə vacib qlobal öhdəlik qazandırır[7].
Avropa İttifaqı ticarət siyasətini və ümumi xarici əlaqələrini Maddə 3:5 TEU-da göstərildiyi kimi həyata keçirir:
Birlik daha geniş dünya ilə əlaqələrində öz dəyərlərini və maraqlarını dəstəkləməli və təbliğ etməli və vətəndaşlarının müdafiəsində qatqıda bulunmalıdır. Bu, sülhə, təhlükəsizliyə, Yerin davamlı inkişafına, xalqlar arasında həmrəylik və qarşılıqlı hörmətə, azad və ədalətli ticarətə, yoxsulluğun aradan qaldırılmasına və insan hüquqlarının qorunmasına, xüsusən də uşağın hüquqlarına, eləcə də, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə hörmət daxil olmaqla, beynəlxalq hüquqa ciddi riayət edilməli və inkişaf etdirilməlidir.
— Art. 3:5 TEU