Üzü küləyə (film, 1977)
Üzü küləyə — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi.
- Film çoxplanlıdır. Burada dənizin çirklənməsi, Xəzərin balıq problemi və bir də quşların dövlət tərəfindən qorunması məsələlərinə toxunulmuşdur. Filmdə müasirlərimizin xarakterlərindən, onların mənəvi kamilliyindən, bir-birilərinə münasibətlərindən də söz açılır.
- Filmin qəhrəmanları gənclərdir. Onları inkişafımızın sabahı və gələcəyi düşündürür. İstər insanlara, istərsə də təbii sərvətlərə qayğı ilə yanaşan bu gənclər xalq malını dağıdanlara qarşı barışmazdırlar.
- Kinolent Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
- Ssenari müəllifi : Oqtay Orucov
- Quruluşçu rejissor : Əbdül Mahmudov
- Quruluşçu operator : Zaur Məhərrəmov
- Quruluşçu rəssam : Fikrət Əhədov
- Bəstəkar : Aqşin Əlizadə
- Səs operatoru : Vladimir Savin
- Montaj edən : Gülşən Səlimova
- Rejissor : Rafiq Yüzbaşov
- Operator : Amin Novruzov
- Adil İsgəndərov-Fərman
- Elxan Əhədzadə-Ramiz
- Tanilə Əhmərova-Nərgiz
- Muxtar Maniyev-Əbülfəz
- Əli Zeynalov-Əhməd dayı
- Kamal Xudaverdiyev-İlyas Məmmədov
- Həsən Məmmədov-Əlibala
- Zemfira Sadıqova-Nazlı xanım
- Kamil Məhərrəmov
- Zilli Namazov
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 218.