Əli Yusif oğlu Zeynalov (23 mart (5 aprel) 1913 və ya 4 aprel 1912, Salyan, Cavad qəzası – 4 yanvar 1988, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1964), Azərbaycan SSR əməkdar artisti (1955), Ermənistan SSR əməkdar artisti (1939), M. F. Axundov adına Azərbaycan SSR dövlət mükafatı laureatı (1965).
Əli Zeynalov | |
---|---|
Əli Yusif oğlu Zeynalov | |
Doğum tarixi | 23 mart (5 aprel) 1913 və ya 4 aprel 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 1988 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | |
Fəaliyyəti | teatr aktyoru, kino aktyoru |
Fəaliyyət illəri | 1933–1975 |
Teatr |
İrəvan Dövlət Azərbaycan Dram Teatrı (1934–1945); Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (1945–1975) |
Mükafatları | |
IMDb | ID2948065 |
Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.[1]
Əli Yusif oğlu Zeynalov 5 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887–1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı "Şeyda" tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.
İrəvan Tearında (1934–1935), Dram Teatrında (1945–1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik olan Əli Zeynalov bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindan dərs deyib.
Əli Zeynalov "İki ömrüm olsaydı…" kitabının müəllifidir. O, 1975-ci ildə səhnəni tərk etməsini belə açıqlayıb: "Bir gün teatrın direktoru məni yanına çağırıb dedi ki, "Vaqif" tamaşasını bərpa edirik. Götür Vaqifi yaz. — Nə? Ələsgər Ələkbərovdan, Kazım Ziyadan sonra mən – Vaqif? — Onda I pərdədə Vaqifi görməyə gələn kəndlilərdən birinin rolunu yaz. Bunu eşidəndən sonra otaqdan çıxıb truppa müdiri Qürbətin yanına gəldim, ondan bir qələm-kağız aldım, ərizə yazaraq teatrdan getdim. Mən belə teatrda işləyə bilməzdim."
Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib. Yasamal qəbristanlığında dəfn edilib.
Aktrisa Mirvari Novruzovanın həyat yoldaşıdır.
Azərbaycan televiziyasında istehsal edilmiş Alqışlar ən böyük mükafatımdır adlı qısametrajlı, sənədli televiziya filmi həsr olunmuşdur.