İçəri şəhər — rejissor İlqar Safatın filmi.[1]
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.[2]
Müasir Azərbaycanda cərəyan edən hekayə yaşıdlarının bəsit ambisiyalarından uzaq olan istəklərlə yaşayan gənc tələbə Arzu və xəyalları puç olmuş Qarabağ müharibəsi veteranı Rafaelin sevgisindən bəhs edir.
- “İçəri şəhər” bədii filmi 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalına dəvət alıb.[3] Festival 2016-cı il noyabrın 11-dən 27-dək Estoniyanın paytaxtı Tallində keçirilib.[4]
- "İçəri şəhər” bədii filmi Hindistanın 7-ci "Yaşvant” beynəlxalq film festivalında nümayiş etdirilib. Festival 2017-ci il yanvarın 20-dən 26-dək Mumbay şəhərində keçirilib.[5][6]
- “İçəri şəhər” filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramı çərçivəsində Benqaluru və Maysur şəhərlərində nümayiş etdirilib.[7]
- “İçəri şəhər” bədii filmi Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalına dəvət alıb. 2017-ci il fevralın 10-dan 16-dək Kerala ştatının Kozhikode şəhərində keçirilmiş festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina istehsalı olan filmlər nümayiş etdirilib.[8]
- “İçəri şəhər” bədii filmi ABŞ-nin Texas ştatında 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında “Dram” nominasiyasında “Qızıl remi” mükafatına layiq görülüb.[9] Festivalda Təhminə Rafaella “Ən yaxşı qadın rolu”, Firdovsi Atakişiyev isə “Ən yaxşı ikinci plan kişi rolu” mükafatlarına nominant elan olunublar.[10]
- Film ABŞ-nin Cənub-Şərqi Avropa Film Festivalının (SEEfest) əsas müsabiqə proqramına dəvət alıb.[10] Bu festivalda film “Ən yaxşı bədii film”, “Ən yaxşı operator işi” və “Tamaşaçı rəğbəti” mükafatlarına nominant olub.[11]
- Film Misirin 38-ci Qahirə beynəlxalq film festivalında nümayiş olunub.[10]
- Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.[10]
- Əsərin müəllifi:
- Ssenari müəllifi: Təhminə Rafaella, İlqar Safat
- Quruluşçu rejissor: İlqar Safat
- Quruluşçu operator: Luka Koassin
- Quruluşçu rəssam: Bütünay Haqverdiyev
- İcraçı prodüser: Ülvi Qasımov
- Prodüser: Müşfiq Hətəmov
- Bəstəkar:
- Geyim rəssamı:
- Musiqi redaktoru:
- Səs operatoru:
- Rejissor: İlqar Safat
- Operator:
- Redaktor:
- Rəqslərin quruluşçu:
- Mahnıları ifa edir:
- Qrim rəssamı:
- Qrim edən:
- Montaj edən:
- Rejissor assistenti:
- Operator assistenti:
- Dekorator:
- Assistent:
- Filmin direktoru:
- Çalır:
- Musiqi hissəsinin rəhbəri və dirijor: