Mehriban Mürvət qızı Zəki (18 dekabr 1966, Bakı) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı.
Mehriban Zəki | |
---|---|
Doğum tarixi | 18 dekabr 1966 (57 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1980672 |
Vikianbarda əlaqəli mediafayllar |
Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb.
2000-ci ildən 2011-ci ilədək "İbrus" teatrında fəaliyyət göstərmişdir. Hal hazırda Azərbaycan Dövlət Milli Akademik Dram Teatrında işləyir. Eyni zamanda Azərbaycan Dövıət Mədəniyyət və İncəsənət Universitetində Sabah qruplarında pedaqoji fəaliyyətini də davam etdirir.
1995-ci ildə Bişkekdə keçirilən Ümumtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir.
O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Mehriban Zəki 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə[1], 10 may 2019-cu ildə[2], 7 may 2020-ci ildə[3], 7 may 2021-ci ildə[4], 6 may 2023-cü ildə[5] və 9 may 2024-cü ildə[6] Prezident Mükafatına layiq görülmüşdür. O, həmçinin, aşağıdakı təltiflərin də sahibidir:
Teatr | Əsər | Sahibi | Rol |
---|---|---|---|
Azərbaycan Dövlət Yuğ Teatrı | "Salam"
Heydərbabaya salam |
Məhəmmədhüseyn Şəhriyar | Yaşıl donlu |
"Oğul" | Dastan | Banu Çiçək | |
"Açar" | Nizami Gəncəvi | Tülkü | |
Səma (Dəhnamə) | I İsmayıl | Pəri | |
Sentimental vals | Anton Çexov | Mim | |
Adam uşağı | Vaqif İbrahimoğlu | Lavani | |
Ən gülməli ölü | Vaqif Bayatlı Odər | Qırmızı rəng | |
"İbrus" Teatrı | Şirə bənzər | Rüstəm İbrahimbəyov | Lena |
Arabir görüşməyə kişi axtarıram | Qadın | ||
İvan Buninin son döyüşü | Banin | ||
O və onlar | O | ||
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı | Füzuli və Əsmər | Mirmehdi Seyidzadə | Əsmər |
Müsyö İbrahim və Quran çiçəyi | Erik Emmanuel Şmitt | Ana | |
Sənsiz | Şıxəli Qurbanov | Sevinc | |
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı | Mərasim | Ejen İonesko | Marqarita |
Filmin adı | İl | Rol | Filmi səsləndirən | Vokal (mahnı ifa edən) | Bəstələrindən istifadə edilən filmlər | Filmin növü |
---|---|---|---|---|---|---|
Ümid | 1995 | Jurnalist qız | Tammetrajlı bədii film | |||
Oyun | 1996 | Qısametrajlı bədii film | ||||
Ailə | 1998 | Elmira | tammetrajlı bədii film | |||
Dədə Qorgud dünyası | 1999 | aparıcı | Sənədli film | |||
Otel otağı | 1998 | Lətifə | Tammetrajlı bədii film | |||
Etimad telefonu | 2001 | Lalə | Tammetrajlı bədii film | |||
Səhhət Veys 30 il sonra | 2001 | Qısametrajlı sənədli film, AzTV | ||||
Bir anın həqiqəti | 2003 | Çoxseriyalı bədii film | ||||
Küçələrə su səpmişəm | 2004 | Teybə | Tammetrajlı bədii film | |||
Məkanın melodiyası | 2004 | Gülya | Tammetrajlı bədii film | |||
Əlvida, cənub şəhəri | 2006 | Maya | Tammetrajlı bədii film | |||
Düyün | 2008 | Nərminə | Qısametrajlı bədii film | |||
Hökmdarın taleyi | 2008 | Cavad xanın arvadı | Tammetrajlı bədii film | |||
Yalançılar | 2008 | Nərmin | Qısametrajlı bədii film | |||
Qaranlıqlar çiçəyi | 2011 | Teleserial | ||||
Çölçü | 2012 | Qısa saçlı qız (Salome Demuria) | Tammetrajlı bədii film | |||
Sirr | 2012 | Xalidə | Teleserial | |||
Həyat çiçəyi | 2013 | Bahar Quliyeva | Teleserial | |||
Axınla aşağı | 2014 | Leyla | Tammetrajlı bədii film | |||
Beş dəqiqə | 2015 | Jurnalust | qısametrajlı bədii film | |||
Qatil | 2015 | Qadın (Eka Çxeidze) | Tammetrajlı bədii film | |||
Əli və Nino | 2015 | Sultan xanım | Tammetrajlı bədii film | |||
Yarımçıq xatirələr | 2015 | Janna (Gülzar Qurbanova) | Tammetrajlı bədii film | |||
İçəri şəhər | 2016 | Arzunun anası | Tammetrajlı bədii film | |||
Qırmızı bağ | 2016 | Tammetrajlı bədii film |