İçkeriya Çeçen Respublikası

Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət.

Çeçen İçkeriya Respublikası
çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö
rus. Чеченская Республика Ичкерия
1991-2000
Bayraq Gerb
Bayraq Gerb
Himn: "Joƶalla ya marşo" ("Ölüm ya azadlıq")
Rəsmi dilləri
Paytaxt Qroznı
İdarəetmə forması prezidentli rejim, Yarı prezident respublikası
Əhalisi
 • Əhali 1,103,686 nəfər
Valyuta Çeçen naxarı, Rusiya rublu

1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi.[1] 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.

  1. "Chechnya profile". BBC News. 11 August 2015. 30 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2017.