"İşgüzar qadınlar" süjetində iş yerlərindəki etinasızlıqlar, "İşgüzar kişilər" süjetində iş yerlərində qonaqlıqlara olan meyl, "P əməliyyatı" süjetində isə qeyri-qanuni həyata keçirilən satışlar əks etdirilir.
İşgüzar adamlar | |
---|---|
Janr | komediya |
Rejissor | Oqtay Mirqasımov |
Ssenari müəllifləri |
Anar Sadıq Babayev Vaqif Nəsib |
Baş rollarda |
Eldəniz Rəsulov — aparıcı Gülşən Qurbanova — Validə Xuraman Hacıyeva — Xalidə Adil İsmayılov — İsmayılov Hüseyn Seyidzadə — Mahmudov |
Operator | Ələsgər Ələkbərov |
Rəssam | Məsud Pənahi |
İstehsalçı | Azərbaycanfilm ("Mozalan" studiyası) |
İlk baxış tarixi | 1977 |
Filmin növü | qısametrajlı bədii-sənədli film-Mozalan № 32 |
Müddət | 10 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca (titrlər ruscadır) |
İl | 1977 |
Texniki məlumatlar |
1 hissə 35 mm |
Rəng | rəngli |
Kinotrilogiya "İşgüzar qadınlar", "İşgüzar kişilər" və "P əməliyyatı" süjetlərindən ibarətdir. Birinci və ikinci süjet bədii, üçüncü süjet isə sənədlidir.
Titrlər ruscadır.