Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002).
Firuz Xudaverdiyev | |
---|---|
Doğum adı | Firuz İslam oğlu Xudaverdiyev |
Doğum tarixi | |
Doğum yeri | Qobu, Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Qobu, Abşeron rayonu, Azərbaycan |
Vəfat səbəbi | Xərçəng |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Əzizə xanım |
Uşağı | Tahir Azər Elmar Ülviyyə |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1970-2017 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID3178493 |
azdrama.az |
Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele tamaşalar və bədii filmlərdə rol alıb bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar.
Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə dünyasını dəyişmişdir.Uzun müddət mədə xərçəngindən əziyyət çəkib.[1][2] Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb.
Mingəçevir Dövlət Dram Teatrı(1969-1976)
Akademik Milli Dram Teatrı(1976-2017)