İba Fuyu

İha Fuyu (伊波 普猷?, 15 mart 1876, Naha13 avqust 1947, Tokio) və ya İba Fuyu – əslən ryukyulu olan Yaponiya dilçisi, etnoloqu və folklorşünası.[1] "Okinavaşünaslığın atası" hesab olunur.[1] O, Okinava dilinin müasir linqvistik tədqiqinin əsasını qoymuş, Okinava ədəbiyyatını və folklorunu öyrənmişdir.[1]

İha Fuyu
yap. 伊波 普猷
Doğum tarixi 15 mart 1876(1876-03-15)
Doğum yeri
Vəfat tarixi 13 avqust 1947(1947-08-13) (71 yaşında)
Vəfat yeri
Təhsili
  • Tokio İmperiya Universiteti[d]
Fəaliyyəti tarixçi, folklorşünas, dilçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və karyerası

[redaktə | mənbəni redaktə et]

İha Fuyu 1876-cı ildə Ryukyu krallığının paytaxtı Naha şəhərində doğulmuşdur.[1] 1900–03-cü illərdə Kioto şəhərində yerləşən Üçüncü liseydə, 1903–06-cı illərdə Tokio Universitetinin dilçilik fakültəsində təhsil almışdır.[1] Bu dövrdə Okinava mədəniyyətinin linqvistik tədqiqinə maraq göstərmişdir.[1] Məzun olduqdan sonra Okinavaya qayıtmış, Okinava Prefektura Normal Məktəbində dərs deməyə və Okinava mədəniyyəti haqqında araşdırmalar aparmağa başlamışdır.[1]

1909-cu ildə Okinava Prefektura Kitabxanasını qurduqdan sonra birinci direktoru təyin olunmuş və Okinava mədəniyyətə həsr olunmuş 5.000 mənbədən ibarət kolleksiyanın yaradılmasına töhfə vermişdir.[1]

Elmi töhfələri

[redaktə | mənbəni redaktə et]

İha xristian, prohibitionistesperantist kimi göstərdiyi fəaliyyətlərə görə də tanınmış, Okinava xalqının hüquqlarını müdafiə etmişdir.[1] 1924-cü ildə kitabxana direktorluğundan çıxmış və həyatının qalan hissəsini müxtəlif tədqiqatlara həsr etmək üçün Tokioya köçmüşdür.[1] Burada Ryukyu krallığının "Omoro Soşi" şeirlər antologiyasını tədqiq etmiş, Okinava dili üçün lüğət tərtib etmiş, Okinava folkloruna və dram teatrına aid kolleksiya yaratmış, qədim Okinava dilinin səs sistemini öyrənmişdir.[1]

İhanın Okinava haqqında olan nəşrləri və mühazirələri arxeologiya, tarix, dilçilik, fəlsəfə, etnologiya və ədəbiyyat kimi mövzuları əhatə etmişdir.[1] Əsas əsərləri 11 cilddən ibarət "İha Fuyu zenşu" (1974–76) əsərində toplanmışdır.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 262. ISBN 0-87011-623-1. İstifadə tarixi: 19 oktyabr 2022.