N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu

Azərbaycan Tibb UniversitetiAzərbaycanın tibb profilli ali təhsil müəssisəsi.

Azərbaycan Tibb Universiteti
Loqonun şəkli
Xəritə
40°23′46″ şm. e. 49°49′59″ ş. u.HGYO
Əsası qoyulub 1930
Rektor Gəray Gəraybəyli
Şəhər Bakı Bakı
Ölkə
Sayt amu.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır.

1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir.

Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının

Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova.

1930–1940-cı illər

[redaktə | mənbəni redaktə et]

1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.

İkinci Dünya Müharibəsi dövründə

[redaktə | mənbəni redaktə et]

1940-cı ilin əvvəllərində 3 fakültədə 45 kafedra fəaliyyət göstərirdi. İllik tələbə qəbulu 500 nəfər idi.

İkinci dünya müharibəsi illərində institut cəbhə üçün həkim hazırlanmasına böyük yardım göstərirdi. Cəbhənin yaxın olmasına baxmayaraq, 1941–1944-cü illər ərzində institutda bir gün də olsa dərslər dayandırılmadı, 2082 həkim hazırlandı. Həmin illərdə ATİ-nin müharibə dövründəki fəaliyyəti yüksək qiymətləndirildi; institut 1943-cü ildə Keçici Qırmızı Bayraqla təltif edildi.

1945–1992-ci illər

[redaktə | mənbəni redaktə et]

1957-ci il 29 aprel tarixində institut üçün tarixi gün oldu. Azərbaycan Respublikası Ali Sovetinin fərmanına əsasən, instituta tanınmış ictimai xadim, həkim, yazıçı Nəriman Nərimanovun adı verildi və institutun bütün sonrakı fəaliyyəti onun adı ilə bağlı oldu.

Sonrakı illər institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni kafedra və kursların açılması ilə əlamətdar oldu. Belə ki, üçüncü tədris binasının tikintisi başa çatdırıldı, birinci və ikinci tədris binaları tikilib istifadəyə verildi.

Azərbaycan Tibb İnstitutu təşkil edilməsinin 50-illik yubileyi ərəfəsində səhiyyənin, tibb elminin inkişafında və tibb kadrlarının hazırlanmasında xidmətlərinə görə, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi.

1991-ci il 4 fevralda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə ATİ-yə Universitet statusu verilmişdir, o vaxtdan etibarən institut N. Nərimanov adına Azərbaycan Tibb Universiteti adlanır.

Fakültə Təsis olunub Fakültə dekanı İstinadlar
I Müalicə-profilaktika 5 may 1974 Elşad Mirzəli oğlu Novruzov [1][2]
II Müalicə-profilaktika 5 may 1974 İsrail Şəmşəd oğlu Məhərrəmbəyli [3][4]
İctimai səhiyyə 1930 Qalina Qəniyeva Sədirovna [5][6]
Stomatologiya 1954 Səid İlham oğlu Əhmədov [7][8]
Əczaçılıq 1938 Fərəh İlham qızı Mədətli [9][10]
Hərbi tibb 25 may 2000 [11]
Fakültə
Anesteziologiya-reanimatologiya
Ümumi cərrahiyyə
Neyrocərrahiyyə
Plastik cərrahiyyə
Ürək-damar cərrahiyyəsi
Uşaq cərrahiyyəsi
Otolorinolarinqologiya
Travmatologiya-ortopediya
Onkologiya
Urologiya
Oftalmologiya
Mamalıq-ginekologiya
Psixiatriya
Nevrologiya
Terapiya
Kardiologiya
Nefrologiya
Qastroenterologiya
Hematologiya
Dermatovenerologiya
İmmunologiya
Allerqologiya
Yoluxucu xəstəliklər
Revmatologiya
Endokrinologiya
Narkologiya
Fizioterapiya və tibbi bərpa
Ftiziatriya
Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza
Pediatriya
Şüa terapiyası
Şüa diaqnostikası
Stomatologiya
Üz-çənə cərrahiyyəsi
Sosial gigiyena və səhiyyənin təşkili
Gigiyena
Mikrobiologiya
Laboratoriya işi
Genetika
Epidemiologiya
Tibbi menecment
Fakültə Fakültənin nəzdindəki kafedralar
I Müalicə-profilaktika fakültəsi Tibbi biologiya və genetika kafedrası
I mamalıq-ginekologiya kafedrası
Oftalmologiya kafedrası
Dermatovenerologiya kafedrası
Nevrologiya kafedrası
Anesteziologiya ve reanimatologiya kafedrası
I daxili xəstəliklər kafedrası
I cərrahi xəstəliklər kafedrası
III cərrahi xəstəliklər kafedrası
İnsan anatomiyası və tibbi terminologiya kafedrası
Onkologiya kafedrası
Kliniki farmakologiya kafedrası
Məhkəmə təbabəti kafedrası
Terapevtik və pediatrik propedevtika
Neyrocərrahlıq kafedrası
I Uşaq xəstəlikləri kafedrası
Uşaq cərrahlığı kafedrası
Sitologiyada, embriologiya ve histologiya kafedrası
Kliniki allerqologiya və immunologiya kafedrası
II Müalicə-profilaktika fakültəsi Normal fiziologiya kafedrası
Tibbi və bioloji fizika kafedrası
II mamalıq və ginekologiya kafedrası
Urologiya kafedrası
Travmatologiya və ortopediya kafedrası
II daxili xəstəliklər kafedrası
Ümumi cərrahlıq kafedrası
II cərrahi xəstəliklər kafedrası
II Uşaq xəstəlikləri kafedrası
Şüa diaqnostikası və terapiyası kafedrası
Psixiatriya kafedrası
Ailə təbabəti kafedrası
Fizioterapiya və tibbi reabilitasiya kafedrası
Patoloji fiziologiya kafedrası
Patoloji anatomiya kafedrası
III Daxili xəstəliklər
İctimai səhiyyə fakültəsi Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası
Qidalanma və tibbi ekologiya kafedrası
İctimai sağlamlıq və səhiyyənin təşkili
Tibbi mikrobiologiya və immunologiya kafedrası
Epidemiologiya və biostatistika kafedrası
Bioloji kimya kafedrası
Ağciyər xəstəlikləri kafedrası
Yoluxucu Xəstəliklər Kafedrası
Stomatologiya fakültəsi Ortopedik stomatologiya kafedrası
Ağız və üz-çənə cərrahiyyəsi kafedrası
Uşaq stomatologiyası kafedrası
Terapevtik stomatologiya kafedrası
Qulaq, burun və boğaz xəstəlikləri kafedrası
Xarici dillər kafedrası
Əczaçılıq fakültəsi Azərbaycan dili kafedrası
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
Farmakoqnoziya kafedrası
Farmakologiya kafedrası
Əczaçılıq kimyası kafedrası
Əczaçılıq toksikologiyası və kimya kafedrası
İctimai fənlər kafedrası
Hərbi tibb fakültəsi Hərbi terapiya
Tibbi profilaktika
Hərbi cərrahiyyə
Tibb xidmətinin təşkili və taktikası

Azərbaycan Tibb Universitetində 6 tələbə yataqxanası mövcuddur. Onlardan ikisi oğlanlar, ikisi qızlar digər iki yataqxana isə xarici tələbələr üçündür. Yataqxanalar oxu zalları, kitabxana, peyk antenaları ilə dünya kanallarını izləmək imkanı verən televizorlarla təchiz olunmuşdur. Yataqxana binaları hər mərtəbəsində istirahət otaqları, tələbələrin yaxınları ilə görüşməsi üçün qonaq otaqları vardır.

Tədris Stomatoloji Klinikası

[redaktə | mənbəni redaktə et]

2002-ci ildə yaradılmışdır. Tədris Stomatoloji klinikada terapevtik, ortopedik, ağız və üz-çənə cərrahiyyəsi, uşaq stomatologiyası kafedraları və müalicə-profilaktika və digər fakültələrin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər, terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir. ATU-nun Tədris Stomatoloji klinikasının nəzdində tədris mərkəzi də fəaliyyət göstərir.

Onkoloji Klinika

[redaktə | mənbəni redaktə et]

ATU-nun nəzdindəki Onkoloji klinika 2007-ci ildən fəaliyyət göstərir. Onkoloji klinika 2 stasionar şöbədən, gündüz stasionarından, poliklinika və diaqnostika şöbəsindən, əməliyyat və anestezioloji şöbədən ibarətdir. Klinikada müasir tipli uşaq onkologiyası şöbəsi də yaradılmışdır. Klinikada 24 saat ərzində fəaliyyət göstərən ekspress-laboratoriya da vardır. Klinikanın əməliyyat və anestezioloji şöbəsi 4 əməliyyat otağından və 8 çarpayılıq əməliyyatdan sonra xəstələrə nəzarət bölümündən ibarətdir.

Tədris Terapevtik Klinikası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 2010-cu ildən fəaliyyət göstərir. Klinikada efferent terapiya mərkəzi, endekrinologiya, endoskopiya, hematologiya, heriatriya, kardiologiya, klinik diaqnostik laboratoriya, kansultativ-diaqnostik poliknika, nevrologiya, pulmonologiya, allerqologiya və nefrologiya, reanimasiya və intensiv terapiya, revmatologiya və qastroenterologiya, şüa diaqnostika, təcili tibbi yardım, ürək-damar mərkəzi, uşaq kardio-revmatologiya, uşaq pulmonologiya, allerqologiya və endokrinologiya şöbələri fəaliyyət göstərir.

Klinikada 12 klinik kafedra yerləşdirilmişdir. Bu tibb ocağında eyni vaxtda 640 tələbəni qəbul edə biləcək multimedia sistemi ilə təchiz olunmuş 8 mühazirə zalı, gündə 1000-ə qədər tələbəni qəbul edə bilən, kompüterləşdirilmiş 70-ə qədər dərs otağı var.

Tədris Cərrahiyyə Klinikası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən fəaliyyət göstərir. 500 çarpayılıq klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 28 şöbə mövcuddur. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərir. Klinikanın mərkəzi laboratoriyasında biokimya, mikrobiologiya, immunologiya, molekulyar genetika və digər bölmələr fəaliyyət göstərir.

Azərbaycan Tibb Universitetinin Əsaslı kitabxanası universitetin 5 saylı tədris binasında yerləşir. Əsaslı Kitabxanada 260 nəfərlik 3 oxu zalı var. Zallardan birində fərdi noutbuklar üçün 32 yer quraşdırılıb. Oxuculara 9 kompüterlə xidmət edilir. Kitab fondu 805 min nüsxəyə çatmışdır. Əsaslı Kitabxana 2000-ci ildən internetə qoşulmuş, kitabxananın http://www.medlib.aznet.org Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine saytı açılmışdır.

Tələbələr üçün

[redaktə | mənbəni redaktə et]

Tələbə Elmi Cəmiyyəti

[redaktə | mənbəni redaktə et]

1947-ci ildə Azərbaycan Tibb Universitetində Tələbə Elmi Cəmiyyəti yaradılmışdır. Bu cəmiyyətin xətti ilə hər ilin may ayında yekun Ümumuniversitet konfransı keçirilir. Təşkilatın plenar iclaslarında və seksiyalarda dinlənilən ən yaxşı işlər həmin ilin dekabr ayında "İlin ən yaxşı tələbə elmi işi" müsabiqəsinə təqdim edilir və ən yaxşı işlər tələbələrin Ümumrespublika konfransında dinlənilərək, münsiflər tərəfindən mükafatlandırılır. Tələbələrin bir qrupu hər il beynəlxalq müsabiqələrdə iştirak edərək I dərəcəli diplomlara, sertifikatlara layiq görülürlər. Son 10 il ərzində Tələbə Elmi Cəmiyyətinin xətti ilə fakültələr üzrə 150, kafedralar üzrə 1500-dən artıq elmi konfrans keçirilmişdir.

Tələbə Həmkarlar İttifaqı Komitəsi

[redaktə | mənbəni redaktə et]

ATU-da tələbələrlə bağlı qəbul olunan bütün qərarlarda Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ATU THİK) rəyi nəzərə alınır. 2022-ci ildən qurumun sədri vəzifəsini pediatr Qoşqar İsmayılov icra edir.[13][14]

ATU THİK himayəsində bir sıra klublar fəaliyyət göstərir:[15]

  • ATU Kitab Klubu
  • “FLASHMOB” komandası
  • "Həyat" Teatr Klubu
  • “Hilal” Yardım Klubu
  • “NƏ? HARADA? NƏ ZAMAN? oyunu üzrə intellektual klub
  • “Medical conversation” Danışıq Klubu
  • Media Departmenti
  • Rəsm Klubu
  • Şahmat Klubu
  • "VOİS" - Xarici Tələbələrin Səsi Klubu
  • Yaradıcılıq Klubu
ATU Kitab Klubu
[redaktə | mənbəni redaktə et]
ATU Kitab Klubunun simgəsi

ATU Kitab Klubu 23 fevral 2023-cü ildə fəaliyyətə başlamışdır. Hazırda Rüfət Həsənlinin sədrlik etdiyi, Aytəkin Güliyevanın isə sədr müavini olduğu klubun, ümumilikdə, 13 nəfərdən ibarət İdarə Heyəti və 500-dən çox üzvü var.

Klub universitetdaxili və xarici çoxsaylı layihə və tədbirlərə imza atmışdır. Bugünədək 8 kitabın müzakirə günü, 4 kitabbağışlama aksiyası, 1 kitab sərgisi, “Danışır ATU!” layihəsi çərçivəsində 3 görüş, 1 yazıçı ilə imza günü, “Bakı turu” layihəsi çərçivəsində 6 muzeyə ekskursiya, 4 universitetin tələbələrinin iştirakı ilə 2 Poeziya Müsabiqəsi və daha neçə müxtəlif tipli tədbir həyata keçirilib. Bunlardan əlavə, ölkənin 9 kitab klubu və bəzi əlaqəli qurumlarla əməkdaşlıq yaradılıb, klub üzvlərinin səsləndirməsində dünyanın 11 platformasında podkast yayımlanır, “Kirildən Latına” layihəsi çərçivəsində 2 kitab latın qrafikasına çevrilib. Klubun Bədii Kitab Fondunda isə 350-ə yaxın müxtəlif adda, 4 dildə kitab və 40 saydan çox mətbu nümunələr toplanmışdır ki, indiyədək yüzlərlə tələbə və onlarla müəllim bunlardan yararlanmışdır. Həmçinin klub üzvlərinin müəllifi olduğu 50-dən çox məqalə və şeir klubun veb-saytında dərc olunmuşdur.

ATU Kitab Klubunda idarəetmə və klub işinin təşkili məqsədilə “Əsasnamə” adlı xüsusi toplu formalaşdırılmış və üzvlər tərəfindən qəbul edilmişdir.

ATU Kitab Klubu, həmçinin digər universitetlərin kitab klubları, müxtəlif nəşriyyatlar və s. ilə əməkdaşlıq edərək ölkədə mütaliənin artırılması üçün müxtəlif işlər görür.[16]

"Həyat" Teatr Klubu
[redaktə | mənbəni redaktə et]

ATU THİK nəzdində fəaliyyət göstərən “Həyat” Teatr Klubu 2019-cu ildə yaradılmışdır. Klub fəaliyyət illərində bir çox fərqli tamaşa ilə universitetin tələbə və müəllimlərindən ibarət tamaşaçılarının önünə çıxmışdır. Klubun sədri və bədii rəhbəri Dilbər Rahim Əliyevadır.

Klub fəaliyyəti ərzində “Mahmud və Məryəm”, “Nişanlı qız”, Nizami Gəncəvi yaradıcığına həsr olunmuş “Beş Məşəl” tamaşası, narkomaniya ilə mübarizə üçün yazılmış və oynanmış “Bir idmançının taleyi”, Şəhid həkimlərimizə həsr edilən “Şəhid həkim Ceyhun”, akademik Zərifə xanım Əliyevanın yubileyinə həsr edilən “Göz həkimi” və tələbələrin sevimlisi “Dörd divar arasında” və s. tamaşaları səhnələşdirmişdir. 2023-cü ilin 13–18 dekabr tarixlərində ATU I Teatr Festivalı baş tutdu. festivall çərçivəsində dörd gün ardıcıl dörd fərqli tamaşa (“Bankir adaxlı”, “Laylay”, “Tunc heykəl”, “Albom”) ilə ATU-nun 5 nömrəli binasının akt zalında anşlaq olmuşdur.[17]

"Medical conversation" Danışıq Klubu
[redaktə | mənbəni redaktə et]

ATU THİK nəzdində fəaliyyət göstərən "Medical conversation" Danışıq Klubu 14 mart 2023-cü il tarixində ll Müalicə-profilaktika Fakültəsinin tələbəsi Şəbnəm Kərimzadənin təşəbbüsü ilə yaradılmışdır. Hazırda sədr vəzifəsini həmin fakültənin tələbəsi Səfərli Leyla, sədr müavini vəzifəsini isə l Müalicə-profilaktika Fakültəsinin tələbəsi Nağıyeva Mehri və ll Müalicə-profilaktika Fakültəsinin tələbəsi Səfərli Həmid icra edir. Klubun 11 nəfərdən ibarət idarə heyəti, 143 nəfər üzvü vardır.

Klubda alman və ingilis dillərində həm canlı, həm də onlayn olaraq söhbətlər keçirilir.[18]

ATU-nun Şahmat Klubu 15 oktyabr 2021-ci ildə yaradılmışdır. Hazırda klubun sədri Cəmil Abışov, müavini isə Xətai Əzimlidir.

200-dən artıq üzvü olan klub bir çox universiada və respublika turnirlərində qalibiyyətlər qazanmışdır.[19]

"Çinar" rəqs ansamblı

[redaktə | mənbəni redaktə et]

1998-ci ildə "Çinar" ansamblı Fransada keçirilən xalq yaradıcılığı festivalında dünyanın 38 ölkəsinin kollektivləri arasında III yeri tutmuşdur.

"Şəfa" xalq instrumental ansamblı

[redaktə | mənbəni redaktə et]
  1. Möhsün Qədirli (1930)
  2. N. Məmmədli (1931 – 1932)
  3. Əziz Əliyev (1932 – 1934)
  4. M. Hüseynov (1934 – 1935)
  5. Əziz Əliyev (1935 – 1938)
  6. M. Əliyev (1938 – 1942)
  7. Zülfüqar Məmmədov (1943 – 1946)
  8. Bahadur Eyvazov (1946 – 1964)
  9. Xamis Həsənov (1964 – 1968)
  10. Balababa Məcidov (1968 – 1972)
  11. Zəhra Quliyeva (1972 – 1983)
  12. Yaqub Məmmədov (1983 – 1992)
  13. Əhliman Əmiraslanov (1992 – 2015)
  14. Gəray Gəraybəyli (2016 — Hal-hazırda)[20].

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Tibb Universiteti Qafqaz Universitetlər Birliyinin, Türk Dünyası Universitetlər Birliyinin, Qara Dəniz Universitetlər Şəbəkəsinin üzvüdür.

USAID, Amerika-Avstriya Fondu (AAF), Almaniya Akademik Mübadilə Xidməti (DAAD), TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), Dünya Bankı, British Council və s. ilə əməkdaşlıq edir.

Azərbaycan Tibb Universiteti ABŞ Dövlət Departamentinin Fulbright, Avropa İttifaqının Erasmus+, Türkiyənin Mevlana proqramları ilə əməkdaşlıq edir.

  1. "I Müalicə-profilaktika fakültəsi". 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  2. "MPF1 dekanı". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  3. "II Müalicə-profilaktika fakültəsi". 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  4. "MPF2 dekanı". 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  5. "İctimai səhiyyə fakültəsi". 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  6. "İSF dekanı". 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  7. "Stomatologiya fakültəsi". 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  8. "Stomatologiya fakültəsi dekanı". 2023-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  9. "Əczaçılıq fakültəsi". 2022-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  10. "Əczaçılıq fakültəsi dekanı". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  11. "Hərbi tibb fakültəsi". 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  12. "Kafedralar". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-19.
  13. "Tələbə Həmkarlar İttifaqı Komitəsi". www.amu.edu.az. 2024-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
  14. "Komitə haqqında". www.amu.edu.az. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-17.
  15. "Klublar". www.amu.edu.az.
  16. "ATU Kitab Klubu 1 yaşını qeyd edib". www.amu.edu.az.
  17. "Teatr Klubu". www.amu.edu.az.
  18. "ATU THİK Conversation Clubu". www.amu.edu.az.
  19. "Şahmat Klubu". www.amu.edu.az.
  20. "Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - SƏNƏDLƏR » Sərəncamlar G.Ç.Gəraybəylinin Azərbaycan Tibb Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (azərb.). 11 aprel 2016. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]