İbota birgözü

İbota birgözü (lat. Ligustrum ibota) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü.

İbota birgözü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Çində, Koreyada, Yaponiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Vətənində hündürlüyü 2 m olan, şaxələnmiş çətirli, yarpağını tökən, iri koldur. Uzunsov, yumurtavari yarpaqlarının uzunluğu 7 sm, üstü tünd yaşıl və parlaq, aşağı tərəfi göyümtüldür. İyun-iyul aylarında çiçəkləyir, çiçəkləmə hər il müşahidə edilmir. Ətirli ağ hamaşçiçəklərinin uzunluğu 7 sm-dir. Meyvələri qara, yumru, diametri təxminən 1 sm-ə qədər çəyirdəkdir. Toxum, qələm və peyvəndlə çoxaldılır.

İsti və işıqsevən bitkidir, temperaturun kəskin dəyişməsi bitkinin inkişafını zəiflədir. Ibota birgözünün becərilməsi üçün yumşaq məhsuldar torpaq daha əlverişlidir. Quraqlıq dövründə mütləq suvarılması lazımdır. Yaxşı budanır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Bir çox rayonlarda park və bağlarda rast gəlinir.

Yaşıllaşdırmada tək və qrup əkinlərində dekorativ bitki kimi becərilir.