İbrahim Səfərov (dövlət xadimi)

Səfərov İbrahim Səfər oğlu (28 avqust 1913, Şamaxı qəzası21 noyabr 1998, Bakı) — Azərbaycanda meşəçilik elminin banilərindən biri, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri (1993), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1980), kənd təsərrüfatı üzrə elmlər doktoru (1962), professor (1969).[1]

İbrahim Səfərov
bayraq
Azərbaycan SSR sovxozlar naziri
bayraq2
11 fevral 1953 – 26 mart 1953
ƏvvəlkiSoltan Mirzəyev
15 aprel 1952 – 11 fevral 1953
SədrTeymur Quliyev
bayraq
Azərbaycan SSR meşə təsərrüfatı nazirinin birinci müavini
bayraq2
1945 – 1952
Şəxsi məlumatlar
Doğum tarixi 28 avqust 1913(1913-08-28)
Doğum yeri
Vəfat tarixi 21 noyabr 1998(1998-11-21) (85 yaşında)
Vəfat yeri
Fəaliyyəti professor
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni — 1998 "Şərəf nişanı" ordeni
"Azərbaycan SSR əməkdar meşəçisi" fəxri adı — 1964 XTNS qızıl medalı — 1956 XTNS gümüş medalı XTNS bürünc medalı

İbrahim Səfərov 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub. 1939-cu ildə Tiflis şəhərində Zaqafqaziya Meşə Təsərrüfatı İnstitutunu bitirib.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İbrahim Səfərov 1939–1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, 1940-1942-ci illərdə Bakı Kənd Təsərrü­fatı Texnikumunun direktoru vəzifəsini icra edib.O, 1945-1952-ci illərdə Meşə Təsərrüfatı naziri­nin birinci müavini, 1952-1953-cü illərdə isə Azərbay­can SSR Nazirlər Sove­ti sədrinin müavini və Respublika Sovxozlar naziri vəzi­fəsində çalış­ıb.[1]

İbrahim Səfərov 1953-1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnsti­tu­tunun rəhbərlik edib. Onun rəhbərliyi altında institutda əkinçiliklə yanaşı, tərəvəzçilik, yemçilik, mexanizasiya, genetika, seleksiya sahələrinə dair geniş tədqiqat işləri də aparılıb. O, 1961-1987-ci illərdə Azərbaycan SSR EA-nın Botanika İnstitutunda Meşəşünas­lıq şöbəsinin müdiri olub.[1]

İbrahim Səfərov 1983-1985-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanın­da Təbii Ehtiyatları Öyrənən Komitənin sədri, 1968-ci ildən Azərbaycan Təbiəti Müha­fizə Cəmiyyətinin sədr müavini, 1993-cü ildən isə sədri vəzifəsini icra edib. O, 1987-ci ildən ömrünün sonuna kimi Botanika İnstitutunda müşavir vəzifəsində çalışıb.[1]

Hərbi xidmətdə

[redaktə | mənbəni redaktə et]

İbrahim Səfərov 1942–1945-ci illərdə zabit rütbəsində İkinci dünya müharibəsində iştirak edərək, Bessarabiyanı azad edənlər sırasında olub.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İbrahim Səfərov 1949-cu ildə "Dəmir ağacının bioekoloji xüsusiyyətləri və onun təsərrüfat əhəmiyyəti" mövzusunda namizədlik, 1962-ci ildə isə "Azərbaycanın 3-cü dövr qiymətli relikt ağac bitkiləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1969-cu ildə professor elmi adını alıb. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[1]

Onun elmi işinin əsas istiqamətini meşəşünaslıq, biogeosenologiya, ekologiya, bitkilərin sistematikası, yaşıllaşdırma və s. təşkil edib. Alimin rəhbərliyi altında terras üsulu ilə eroziyaya uğramış sahələrdə püstə, badam və başqa qozmeyvəlilərin plantasiyası yaradılıb.[1]

Onun elmi axtarışlarının nəticəsi 200-dən çox elmi məqalə və o cümlədən 10 monoqrafiyada cəmləşib. O, Qafqazın "Qırmızı kitabı"nın tərtibçilərin­dən biridir. Alim elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Onun rəh­bərliyi altında 25 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanıb.[1]

  • Леса Кавказа. Владикавказ, 1991.
  • Редкие деревья и кустарники лесов Азербайджана. Баку, Маариф, 1985
  • Платан Восточный. Баку, Азернешр, 1981
  • Субтропические леса Талыша. Баку, Элм, 1979

İbrahim Səfərov 21 noyabr 1998-ci ildə Bakıda vəfat edib.[1]

İbrahim Səfərovun elmi xidmətləri dövlət tərəfidən yüksək qiymətləndirilib. O, 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanına əsasən "Şöhrət" ordeni, SSRİ XTNS-in qızıl medalı (1956), Ümümittifaq "Bilik" Cəmiyyətinin qızıl me­dalı (1957), Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Fəxri Fərmanı ilə təltif edilib. 1964-cü ildə Res­pub­likanın "Əməkdar meşəçisi" fəxri adına layiq görülüb, "Şərəf nişanı" ordeninə, 20-dən çox medala, Bey­nəlxalq, SSRİ və Azərbaycanın müxtəlif təşkilatlarının 20-dən çox fəxri fərmanlarına, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin gümüş və bürünc me­dal­larına sahib olub. 1993-cü ildə "Qafqazın meşə bitkilərinin ra­yonlaş­dırıl­masına görə" Ümum­ittifaq Elmi Tədqiqat Mexanika İnstitutunun diplo­muna layiq görülüb.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Səfərov İbrahim Səfər oğlu". science.gov.az. 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]